Mədəniyyət

  • 4 741

“İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri

image

Oktyabrın 21-də Azərbaycan Milli İncəsənət Muzeyində açılışı baş tutan “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı xüsusi sərginin bitməsinə sayılı günlər qalıb.SİA-nın məlumatına görə, sərgidə Milli İncəsənət Muzeyinin fondunda saxlanan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan misilsiz XVI-XVIII əsrlərdə Azərbaycan bədii nümunələri təqdim etdirilir.Dizayner “Səslərin melodiyası” layihəsi ilə izləyiciləri ənənəvi tikmə və xalça sənətinə müasir mövqedən yanaşmağa dəvət edir. Səslərin musiqisi naxış vurma, dizayn və musiqinin qarşılıqlı vəhdəti vasitəsilə ilə bütün hisslərin oyadılması məqsədi daşıyır.Xüsusi texniki avadanlıqlarla təchiz olunmuş sərgi dörd zaldan ibarətdir. Közərən işıq effekti ilə aydınlanan alatoranlıq ekspozisiyada təqdim olunan bədii tikmə nümunələri bir anda sizləri çox uzaqlara, ayrı bir aləmə, tarixi bir dövrə səyahətə sürükləyəcəkdir.Yanvar ayının 15-dək davam edəcək “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı sərgini izləməyi planlaşdırmağı unutmayın.

sia.az

Digər xəbərlər