Mədəniyyət

  • 4 918

“Son 14 ildə Azərbaycanın uğurlarının sayı-hesabı yoxdur” MÖVQE

image

“Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayıb. Görülən işlər nəticəsində çadır şəhərcikləri ləğv edilib, müxtəlif bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunub, onların sosial rifahı kökündən dəyişib. Bütün bunlar Prezidentin vətəndaşlara göstərdiyi diqqət qayğının bariz nümunəsidir". Bu fikirləri SİA-ya "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov deyib.Öz doğma torpaqlarından didərgin düşən soydaşlarımızın şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlərlə təmin edilməsi üçün Dövlət Proqramının hazırlandığını deyən H. Misirov bildirib ki, son 14 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunaı xidmətlərə görə vəsaitin miqdarı 4.5 dəfə artırılıb.Birliyin sədr müavini qeyd edib ki, məcburi köçkün ailələri üçün Gəncə, Yevlax, Qəbələ, Bərdə, Tərtər və digər bölgələrdə hər cür infrastrukturla təmin olunan müasir qəsəbələr salınıb.“Azərbaycan Prezidenti təkcə qaçqın və məcburi köçkünləri deyil, bütün sahələr üzrə məsələləri diqqətdə saxlayır, problemlərin həlli istiqamətində mühüm addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi illərə nəzər yetirdikdə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə uğurlarımızın sayı-hesabı olmadığını görmək mümkündür. Bütün bunlar Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir” – deyə, H. Misirov vurğulayıb.O qeyd edib ki, Azərbaycanın bütün bölgələri, kənd və şəhərləri dövlət başçısının həyata keçirdiyi işlər sayəsində sürətlə inkişaf edir və çiçəklənir: “ İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülən əməli fəaliyyətlər hər bir vətəndaş üçün qurur mənbəyidir. Bu gün Azərbaycan söz sahibinə çevrilib. Azərbaycanın icazəsi olmadan regionda heç bir layihə reallaşmır”.

sia.az

Digər xəbərlər