Mədəniyyət

  • 5 343

“Boy çiçəyi” tamaşası təqdim olunub

image

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Boy çiçəyi” tamaşası təqdim olunub.Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətovdur.Tamaşada əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa ediblər.Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.Səhnə əsərinin premyerası 2011-ci il noyabrın 2-də olub.

sia.az

Digər xəbərlər