Mədəniyyət

  • 2 914

"Muğam mədəni irsimizdir"

image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxanasında “Muğam mədəni irsimizdir” adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə açılıb.Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Muğam aləmi” beynəlxalq festivalından, UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasında Azərbaycan muğamının tutduğu yerdən söz açıb. Habelə milli mədəniyyətimizin inkişafı naminə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.Tədbirdə muğama həsr olunmuş kitab, albom və disklər sərgilənib, oxucular arasında “Muğam dünyası” adlı viktorina keçirilib. Sonra tanınmış xanəndə Maya Cəbrayılova “Mahur-hindi” muğamından bir parça və ”Segah” təsnifini ifa edib.

sia.az

Digər xəbərlər