Mədəniyyət

  • 4 947

Rus baletinin əfsanəsi Bakıya gəlir

image

Rusiyanın tanınmış balet mütəxəssisi, Xalq artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin ümumittifaq və beynəlxalq müsabiqələrinin laureatı, Rusiya Akademik Böyük Teatrının məşqçi-repetitoru Mark Peretokin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən teatrın balet truppasında ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, oktyabrın 1-dən 31-dək Bakıya dəvət olunan rusiyalı sənətkar balet truppası ilə ustad dərsləri aparmaqla yanaşı, eyni zamanda, aparıcı solistlərlə məşğul olacaq, klassik balet tamaşaları ilə bağlı ustad dərsləri keçəcək.Mark Peretokin vaxtilə Böyük Teatrın səhnəsində “Qu gölü”, “Yatmış gözəl”, “Jizel”, “Raymonda”, “Korsar”, “Şopeniana”, “Don Kixot”, “İvan Qroznı”, “Spartak”, “Karmen-süita”, “Qızıl əsr”, “Romeo və Cülyetta”, “Anyuta”, “Parisdə sonuncu tango” və digər baletlərdə çıxış edib. O, karyerası boyu keçmiş SSRİ-nin ən tanınmış görkəmli pedaqoq və baletmeysterlərlə birlikdə çalışıb.

sia.az

Digər xəbərlər