Mədəniyyət

  • 4 488

Bəstəkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

image

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri orkestrinın Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri iştirak ediblər. Çıxış üçün ön söz Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi, sənətşünaslıq üzrə elmlər doktoru, Professor Cəmilə Həsənovaya verilib. Cəmilə Həsənova çıxışında Hacı Xanməmmədovun çoxşaxəli fəaliyyətindən, tarixi əhəmiyyətindən, tar ifaçılığında etdiyi yeniliklərdən söz açıb.Konsertin bədii hissəsi bəstəkarın konsert janrında yazdığı əsərlər və mahnılarından ibarət olub. Belə ki, tar və orkesrt üçün 2 və 3 saylı konsertləri, kamança və orkestr üçün konserti gənc istedadların ifasında uğurla səslənib. Bundan başqa dillər əzbəri olan “Qurban olduğum”, “Yaşa könül”, Yenə o bağ olaydı” (söz, M.Müşviq), “Niyə döndü”, “Güllü”, “Getmə amandır” (söz, Aşıq Ələsgər), “Aldatmayaq bir birimizi” (söz, Z.Ağayev) və başqa mahnıları zalda əyləşən tamaşaçıların arasıkəsilməz alqışları ilə müşayiət olunub. Nağaraçılardan ibatər “Qala ritm qrupu” ansamblı da konsertin maraqlı nömrələrindən biri olub.Gecədə Uşaq-gənclər xalq çalğı alətləri orkesrtinin üzvləri Səma Vüqarlı, Ədilə Əliyeva, Kənan Hüseynov, Həzrət Əzizli, Respublika müsabiqələri laureatı Müjgan Zülfüzadə, Rəvan Mustafazadə, İsmayıl Əsədli, Yusif Əmiraslanov, Sənan Hacılı, Beynəlxalq və Respublika müsabiqələri laureatı Hüseyn Nağıyev, Əli Rüstəmbəyli, Fizzə Vəlizadə, Atlas Mehdiyeva, Beynəlxalq və Respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova, Mirəli Əlizadə çıxış edib.Bununla da “Gənclərə dəstək” layihəsi çərçivəsində Xalq artisti, tanınmış bəstəkar Hacı Xanməmmədovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi başa çatıb.

sia.az

Digər xəbərlər