Mədəniyyət

  • 4 351

“Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər təşkil olunacaq

image

Bu ay “Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Filarmoniyanın nəzdində olan kamera və orqan musiqi zalında keçiriləcək. Yanvarın 23-də təqdim ediləcək birinci konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq.Yanvarın 25-də təqdim olunacaq ikinci konserti Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən çox konsert proqramı təqdim olunub.

sia.az

Digər xəbərlər