Tehranın Şimal-Cənub dəmiryolu layihəsinə təxribatına Rusiyadan cavab
Azərbaycanın uğurla reallaşdırılan əsas transmilli layihələrdən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Bəribaşdan qeyd edək ki, Bakı bu layihə üzrə bütün tapşırıqları yüksək səviyyədə həll edib. Rusiya tərəfi də infrastruktur layihəsi üzrə öhdəliklərə sadiq olduğunu əməli ilə nümayiş etdirib. Layihənin dəmir yolu hissəsinin Azərbaycan ərazisində inşası tam yekunlaşıb. İran ərazisində də dəmir yolu xəttinin inşası başa çatdıqdan sonra layihə tam gücü ilə işə düşəcək.
Avtomagistrlal hissədə də işlər intensivləşib. “Şimal-Cənub” dəhlizinin tərkib hissəsi olan Bakı–Quba–Rusiya boyu uzanan yeni avtomobil yolunun tikinti işləri sürətlə həyata keçrilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq, əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına da əlavə təkan verəcək, “Şimal-Cənub” dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, ölkəmizin iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına rəvac verəcək.
“Şimal-Cənub” layihəsinin iştirakçılarına da daxili və xarici siyasətlərini əlaqələndirmək, maksimum səmərəli əməkdaşlıq və gələcəyi birgə qurmaq düşür. İndiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan - siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir.
Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz etməlidir. Bu müddətdə İran Rusiyanın tərəfdaşından strateji tərəfdaşına çevrilib. Ona görə də Moskva və Tehran yeni sazişə ehtiyac duyurlar. Bu məqsədlə İran ərazisində 2025-ci ilə qədər Rəşt-Astara dəmiryolu tikilməlidir. Ancaq Moskvanın bu planları hazırda təhlükə altındadır. Çünki İranın Azərbaycana qarşı artan təxribatları iki ölkə arasındakı münasibətləri gərginləşdirib. Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran Azərbaycanın İsraillə artan əməkdaşlığının əleyhinə açıqlamalar verməkdə davam edir. Belə vəziyyətdə Azərbaycandan da keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi suallar doğurur. Bu layihənin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalı və münasibətlərin normallaşdırmasına çalışmalıdır. Ancaq Tehran bunları etmir.
Rusiya və İran hökumətləri hər iki ölkənin prezidentləri Vladimir Putin və İbrahim Rəisinin iştirakı ilə Rəşt-Astara dəmir yolunun yaradılması üçün malların və xidmətlərin layihələndirilməsi, tikintisi və təchizatının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Rusiya Federasiyası bunun üçün 1,3 milyard avro dövlətlərarası kredit ayırmağı düşünür, layihənin ümumi dəyəri isə 1,6 milyard avrodur. Bunun 85%-i dövlətlərarası kreditdir, təbii ki, bu layihənin geri qaytarılma müddəti ərzində ödənilməlidir. Rəşt-Astara, Şimal-Cənub İTC-nin qərb qolunun bir hissəsi kimi ölkənin Azərbaycan və Rusiya ilə dəmir yolu əlaqəsini yaratmaq üçün lazım olan 162 km uzunluğunda İran ərazisində dəmir yollarının çatışmayan hissəsidir. İndi mallar avtomobil yolu ilə daşınır.
Həmçinin, İTC çərçivəsində İran və Rusiyanın Xəzər limanlarında şərq marşrutu (Xəzərdən yan keçən İran, Türkmənistan və Qazaxıstan ərazisindən keçən quru marşrutu) və transxəzər dəhlizi də var. Bütün bu dəhlizlər üzrə dəmir yolu daşımaları artır. Birinci rübdə qərb marşrutu üzrə nəqliyyat hər il iki dəfə artaraq Transxəzər boyu 2,2 milyon tona çatıb. Şərq marşrutu üzrə də iki dəfə artaraq 234,8 min tona çatıb.
Rəşt-Astara hissəsinin kombinə edilmiş qaimə üzərində qurulması qərara alınıb: həm 1435 millimetrlik (Avropa və İranda qəbul edilmiş), həm də Rusiyanın 1520 millimetrlik kalibrinin döşənməsi planlaşdırılır, lakin İlk olaraq Avropa ölçüləri qoyulacaq. Onun sözlərinə görə, İran tərəfi tikinti müddətini 4 ilə hesablayıb, lakin bu müddət azaldıla bilər. O bildirib ki, yolu Rusiya və İran çəkəcək. Rusiyanı hansı təşkilatın təmsil edəcəyi açıqlanmayıb, Rusiya Dəmir Yolları açıqlama verməyib.
Hissə başa çatdıqdan sonra təkcə İranla dəmir yolu ilə yük dövriyyəsinin ümumi həcmi ildə ən azı 15 milyon ton olacaq, bu, yalnız tranzit yüklərə aiddir. Yük dövriyyəsinin bu səviyyəyə 2030-cu ilə qədər çatacağı qeyd edilir.
Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı danışıqlar 20 ildən artıqdır ki, davam edir. Şimal-Cənub İTC-nin yaradılması haqqında saziş 2000-ci ildə, İran, Rusiya və Azərbaycan arasında xəttin, o cümlədən Rəşt-Astara hissəsinin tikintisinə dair saziş 2005-ci ildə imzalanıb. 2018-ci ildə Azərbaycan ərazinin tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Amma Qərbin İrana qarşı sanksiyaları üzündən bu pullar xərclənə bilməyib. İran ərazinin coğrafiyasını əsas tikinti problemlərindən biri adlandırıb, həmçinin Xəzər sahilində Ənzəlidən Astaraya qədər olan ərazinin fiziki şəxslərə məxsus olması və kurort dəyərinə malik olması onun satınalma xərclərini artırır.
İran prezidenti vurğulayıb ki, qərb qolunun yeni bölmə ilə layihəsi Rusiya Federasiyası ilə əməkdaşlıq üçün mövcud variantlardan yalnız biridir. "İran, Pakistan və Türkiyə arasında başqa bir layihə də var. Biz İran və İraq arasında dəmir yolu infrastrukturunu gücləndirməliyik. Bütün səylər bu yolun tikintisinə hesablanıb. Marşrut Fars körfəzindəki Çabahar limanından Xəzər dənizinə, oradan isə Rusiya Federasiyası ərazisindən keçərək Avropa marşrutu ilə keçəcək. Bütün bunlar Rusiya Federasiyası kimi böyük ölkə ilə əməkdaşlığın mümkün variantlarıdır”.
Hindistan şirkətlərinin hesablamalarına görə, bu gün Çabahar limanından Astaraya, oradan isə dəmir yolu ilə Azərbaycandan keçməklə Rusiya Federasiyasına avtomobil yolu ilə çatdırılan marşrut artıq sərfəlidir. Bu variantda Astara rayonundan bir neçə kilometr istisna olmaqla, İrandan keçən yüklər Azərbaycanla sərhədə qədər demək olar ki, yalnız avtomobil yolu ilə gedir.
Rusiranexpo-nun rəhbəri Aleksandr Şarovun sözlərinə görə, Rəşt-Astara hissəsi sadəcə olaraq lazım deyil: ilin sonuna qədər Naxçıvandan keçən dəmir yolu dəhlizi tamamlana bilər ki, bu da mövcud yük daşımalarını 5-ə qədər təmin etməyə qadirdir. Qərb qolu boyunca ildə 7 milyon ton, tunellər və körpülər olmadan cəmi 80 km-ə yaxın çəkmək lazımdır.
Bundan əlavə, o qeyd edir ki, indi Rusiya logistika operatorları da Şimal-Cənub İTC-nin şərq qolu boyunca güzəştli tariflə yükləri sərbəst daşıyır və 5 milyon tondan 20 milyon tona yüksəldilməsi üçün yük bazası axtarırlar.
Eyni zamanda, Şarov deyib ki, İran dəmir yollarının inkişafında maraqlıdır. Xüsusilə, ölkədə dəmir yolu daşımalarının subsidiyalaşdırılması üzrə dövlət proqramı var ki, ondan düzgün istifadə etməklə vaqonlar cəmi iki ilə öz bəhrəsini verir. Və əgər Rusiya operatorları İran bazarına daxil olsalar, onlar təxminən 20-40 milyon ton İrandaxili və ixrac-idxal dəmir yolu daşımalarını öz üzərinə götürə biləcəklər.
Son zamanlar İran tərəfi sanki bu layihənin dayandırıldığı düşüncəsi ilə hərəkət edir, Azərbaycanla münasibətlərinin bir daha düzəlməyəcəyi ab-havası ilə yaşayır. Ona görə də yerli turizmə və ekologiyaya ziyanı bəhanə edərək layihənin icrasından qaçır. Amma nə vaxta qədər? Nəzərə alsaq ki, Rusiyaya çıxış üçün İran Türkmənistan-Qazaxıstan marşrutuna üstünlük verir, amma Rusiyanın maraqlarını nəzərə almaması rəsmi Tehranın arzularını gözündə qoyur.
V.VƏLİYEV