Analitika

  • 7 729

Senatın qətnaməsində Makron izi - RAKURS

image

Paris bədnam qətnamələri sıralamaqdadır

Fransanın 5-ci respublikası, daha doğrusu Makronun hələlik keçindiyi gecəqondu - Yelisey sarayı Azərbaycanla münasibətlərini düşmənçilik istiqamətində “uğurla” davam etdirir. Makron iki ölkəni düşmən etməyi nəhayət bacardı. Bundan əvvəlki yazılarımızda Emmanuel Makronun xarici mənbələrdən əldə etdiyimiz nəsil şəcərəsini vermişdik. Onun qanında “erməni” eritrositlərinin neçə faiz olduğunu bilməsək də, kifayət qədər, yəni Makronu erməni kimi təqdim edəcək qədər var, deyə bilərik. Bu adam əvvəlcə Afrikada gözdən saldı, o qədər ki, fransızlar “qara qitə”də arzuedilməz”liyə qədər “ucala” bildilər, daha sonar müstəmləkələrdə narazılıqlar silahlı üsyana qədər böyüdü və nəhayət ölkə daxilində sosial problemlər o qədər kəskinləşdi ki, “sarı jiletlilər”in etiraz dalğası Fransanın hər yerini titrətdi.

Bu gün isə Fransanın Senatı Yelisey sarayından diqtə olunanları sadəcə təsdiq edərək Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Senatın qəbul etdiyi anti-Azərbaycan qətnaməsi Fransanın mahiyyətini, iç üzünü göstərdi. Fransanın Afrikadan, Okeaniya ölkələrindən qovulmasını Ermənistan kimi gələcəyi olmayan bir dövlətlə kompensasiya etməsi Yelisey sarayındakıların qərəzi, islamofob düşüncələri ilə izah etmək olar. Makron Bakıya qarşı əzələ nümayiş etdirmək istəyir, amma kiminlə rəqib olduğunu unudur. Azərbaycan yüz illərlə əsarətdə saxladığı Afrika ölkələrindən deyil, əksinə Fransa ilə bütün masalarda dialoq aparmağı bacaran, öz maraqlarını sonuna qədər qoruya bilən bir ölkədir. Senat və Milli Assambleya birbaşa Yelisey Sarayından göstərişlər alması isə Fransada diktatura rejiminin qurulduğuna böyük bir işarədir. Bu sənəd özündə heç bir məntiqi ehtiva etmir, Paris ən uzağı Azərbaycanla siyasi, diplomatik, iqtisadi-ticari əlaqələrini kəsə bilər. Uduzan isə yenə Fransa olacaq.

Əvvəl Fransa Milli Assambleyasının, indi isə Senatın qərəzli qətnamə qəbul etməsi onu göstərir ki, Fransa iki ölkə arasında münasibətlərə xitam vermək yolunu tutub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə hörmət Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi var. Amma Fransa irəli sürdüyü qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına alıb. Fransanın BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı irəli sürdüyü çoxsaylı qətnamə və qərar layihələrinin qəbul edilməməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, eləcə də qərəzli təşəbbüslərin ədalətli qiymətləndirilməsi ilə bağlıdır. Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyət istiqamətlərindən biri də uğursuz kəşfiyyat işi olub. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun gəlməyən və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına zidd fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “arzuolunmaz şəxslər” edilib. Fransanın dağıdıcı və təxribatçı addımları Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinə də mane olur və Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir. Son vaxtlar Ermənistan-Azərbaycan şərti sərhədində tam sakitliyin olması və münaqişəli vəziyyətin baş verməməsi, görünür, Fransanı narahat edir. Fransanın planı budur ki, yalnız Cənubi Qafqazda, daha dəqiq desək Ermənistanla Azərbaycan arasında qarşıdurma olduğu halda xoruzlar ölkəsinin əsgərləri region gələ bilərlər. Bütün imicini itirmiş Parisin yalnız bu halda planı işə düşə bilər. Fransa Ermənistana silah və sursat satır ki, bu da Azərbaycanla münasibətlərin normallaşmasına mane olur və Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə sövq edir. Bütün bunlara rəğmən, Milli Məclisin bəyanatında deyildiyi kimi, Fransaya qarşı adekvat addımlar atılmalıdır.

Fransa özünü ifşa etdi

Bu, yeni xəbər də deyil, sadəcə güman edilirdi ki, Fransa bəlli olduğu kimi milli maraqlarından çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsini öz modeli ilə həll etməyə çalışır. Yəni özünün ambisioz gedişləri münaqişənin həllindən pay qoparmağa hesablanıb. Bir az da dəqiqləşdirsək Parisin gənc Azərbaycanla daha geniş əlaqələr qurmağa, münasibətləri daha əhatəli spektrdə inkişaf etdirməyə həvəsli olması güman edilirdi. Hadisələrin inkişafı isə müstəmləkəçilik azarından hələ də qurtula bilməyən Fransanın Azərbaycanla bağlı hansı planlarının hazırlandığını büruzə verdi. Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid yaradan və artıq tarixə düşən Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxındır həll olunmamasının əsas səbəblərindən biri Azərbaycan danışıqlar prosesində beynəlxalq vasitəçi kimi çıxış edən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu saxlamaq istəyidir.

Fransa Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlindən, necə deyərlər, “işin içindədir”. Bir sözlə, münaqişənin tarixini, anatomiyasını bildiyi kimi, Ermənistanın istəyindən, niyyətindən də xəbərdar olub. Yaxın tarixi vərəqləyək, 1987-ci ildə akademik Abel Aqambekyanın təkidi ilə Parisdə keçirilən erməni ümummilli konqresi SSRİ-də yaranmaqda olan dəyişiklikərdən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edir. 1987-ci il iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində vərəqələr yayır, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün təbliğata başlayırlar. 1987-ci il oktyabr ayında İrəvanda "Qarabağ komitəsi" ilk açıq mitinq keçirir. Komitəyə İqor Muradyan və Levon Ter-Petrosyan başçılıq edirlər. 1987-ci il noyabrın 16-də Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan Parisdə qəzetlərə müsahibə verərək, Dağlıq Qarabağın Ermənistana verilməsi ilə əlaqədar Qorbaçovu razı saldığını bildirir. Bəli, bütün hadisələrin Fransaya bağlılığına dair sübutlar təkcə bunlar deyil. Sadəcə, iki cümlə ilə Fransanın indiki sifətinin nə vaxtdan formalaşdığını oxuculara çatdırmaq istədik.

Ermənistanın Azərbaycan torpaqlarını, suveren ərazilərini 30 il işğalda saxladığı müddətdə isə rəsmi Paris bir dəfə də olsun İrəvana etirazını bildirməyib. Fransa Senatı heç vaxt Ermənistanı Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu olan YUNESKO-nun 1972-ci il 16 noyabr tarixli Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyası üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırmayıb. İndiki Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan Fransa onların qayıtmaq hüququnun bərpasına çağırış etməyib. İndi isə Azərbaycandan tələb edir ki, öz xoşları ilə Qarabağı tərk edən ermənilərin geri qayıtmasını təmin etsin və təhlükəsizliklərinə zəmanət versin. Nə deyirik, biz razı, Azərbaycan vətəndaşlığını qəbul edib, bayrağımızı öpüb hər kəs kimi qanunlarımıza əməl edəcəklərsə, buyursunlar. Bəs Fransanın “kiçik bacısı” Ermənistan 350 min azərbaycanlının indiki Ermənistan deyilən dövlətin ərazisində qalan dədə-baba yurdlarında yaşamalarına razı olacaqmı? İndidən bunun cababının “yox” olacağını deyə bilərik. Fransa kimi Ermənistan da ikili siyasət yürüdür.

Mədəni irsin qorunmasından ağızdolusu danışan Fransa bir azərbaycanlı qadının, həm də şair, rəssam, pedaqoq və xeyriyyəçi, azadlıq və qadın hüquqlarının tərənnümçüsü kimi tanınan Xurşidbanu Natəvanın Evian-les-Bainsdəki heykəlinin təhqir olunmasının qarşısını ala bilmədi, hələ də bu barbarlığı törədənləri tapıb cəzalandırmayıb. Natəvan vəhşiliyi, tiranlığı ilə dünyanı lərzəyə salan Napoleon deyildi ki. O, sadəcə dünya gözəlliyini vəsf edən böyük şəxsiyyət idi və bunu Fransada bilməyən dövlət və ictimai xadim çox az olardı.

Milli Məclisdən Senata layiqli cavab verilib. Bəyanatda Fransa parlamentariləri bu ölkədə artmaqda davam edən irqçilik, antisemitizm, türkofob və islamofobiya təzahürlərinin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və belə halların qarşısının alınmasına yönəlmiş qətnamə qəbul etməyə çağırış var. Həmçinin qanunverici orqan Fransa ilə iqtisadi əlaqələrə xitam verilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib və bu ölkəyə qarşı sanksiyaların tətbiqini vacib sayıb. Təkliflər arasında “Total” neft-qaz şirkətinin və digər Fransa iqtisadi qurumların Azərbaycandan çıxarılmasıda da var.

İrqçi, islamofob Fransaya bird aha xatırlatmaq istərdik ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və Fransa Senatından da heç almaq istəmir Senat təmsil etdiyi ölkədə baş verənləri sahmana salsın, azlıqlar məsələsində həssas olmağı bacarsın, başqa dinlərə, xüsusən islam dininə sayqı göstərməyi öyrənsin və bundan Makrona və onun yararsız komandasına da öyrətsin. Paris Fransa ordusunun Niger, Mali, Burkino Fasoda törətdiklərinə görə niyə cavab vermir? Deməli güclülər ittiham olunmur, prinsipi Fransa üçün keçərlidir, deyilmi? Onda 30 il beynəlxalq güclərin edə bilmədiyini, yaxud etmək istəmədiyi Qarabağ problemini xalq-ordu-Sərkərdə birliyi sayəsində həll edən Azərbaycana dil uzatmaq Fransaya yaxşı heç nə vəd etmir. İt hürər, karvan keçər!!!

Sülh müqaviləsinə gedən qısa yol

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi yeni formalar alır. Əgər 2023-cü ildə müşahidəçilər tərəflərin sülh müqaviləsini nə vaxt imzalayacaqları ilə maraqlanırdılarsa, 2024-cü ilin əvvəlində onlar münaqişənin mümkün eskalasiyası ilə bağlı fərziyyələr irəli sürürlər. Eyni zamanda, İrəvan və Bakı beynəlxalq ictimaiyyətdən kömək ümid etməkdə davam edir.

Ermənistanda hakim “Mülki Müqavilə” partiyasından olan deputat Gevorq Papoyan bildirib ki, İrəvan həmişə Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışmalıdır, çünki başqa yol müharibəyə qayıdış deməkdir. Lakin onun fikrincə, bu o demək deyil ki, Ermənistan hakimiyyəti qonşu ölkənin nümayəndələrinin onlara təklif etdiyi hər şeylə razılaşmalıdır. Ona görə də üç ildir ki, danışıqlar gedir. Eyni zamanda, Papoyan münaqişənin hərbi eskalasiyasını da istisna etməyib. Deputat vurğulayıb ki, bu halda İrəvan beynəlxalq tərəfdaşları ilə dialoq aparır. “Diplomatlar həmişə işləməlidirlər, çünki işləməsələr, silahlar mütləq və qaçılmaz olaraq atəş açacaq. Amma bu o demək deyil ki, barıt quru saxlanılmamalıdır”, - deyə o, yekunlaşdırıb.

Bununla bağlı Papoyan bildirib ki, Qərb tərəfdaşları, görünür, Fransa və ABŞ İrəvanın sülh müqaviləsi ilə bağlı mövqeyini dəstəkləməyə hazırdır. O qeyd edib ki, Rusiyadan belə təkliflər daxil olmayıb. Paralel olaraq Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Piter Stano bildirib ki, Avropa İttifaqı Azərbaycana açıq siqnal göndərir:” Ermənistanın ərazi bütövlüyünün istənilən pozulması qəbuledilməzdir. Onun sözlərinə görə, bu baş verərsə, Brüssellə Bakı arasında münasibətlərdə “ciddi nəticələr” olacaq”. Tehran da eyni mövqedən çıxış edir. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib: “Bizim üçün qəbuledilməz olan Ermənistanın suverenliyi və ərazi bütövlüyünün pozulması ola bilər”.

ABŞ hakimiyyəti həmçinin erməni həmkarlarını əmin edir ki, onlar Yerevan və Bakı arasında “sabit və ləyaqətli sülhü təşviq edirlər”. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen yanvarın əvvəlində dediyi kimi, Vaşinqton hər iki ölkənin dinc yanaşı yaşamadan faydalanmasını istəyir. Eyni zamanda, hələ noyabr ayında amerikalılar İrəvanla münasibətləri normallaşana qədər Bakıya istənilən yardımı dayandırdıqlarını bəyan etmişdilər.

Bu arada, hələ 2023-cü ilin aprelində Ermənistan Xarici İşlər Nazirliyi təxminən 150 kvadrat km.metr ərazinin Azərbaycan tərəfindən işğal edildiyini açıqlamışdı. Azərbaycan hakimiyyəti isə bunu inkar edir və həmin torpaqları özlərinin ərazisi hesab edir. Həmçinin prezident İlham Əliyev bu yaxınlarda jurnalistlərə açıqlamasında Ermənistanla sərhədi sovet inzibati sərhədi ilə çəkmək istəmir, çünki bunu ədalətsizlik hesab edir. Öz növbəsində Moskva Ermənistan və Azərbaycanı özünün strateji müttəfiqləri hesab edir. Bundan əlavə, Rusiya İrəvana xəbərdarlıq edir ki, onun “Qərbi razı salmaq” cəhdləri ona qarşı erməni milli maraqlarına zidd qərarların qəbuluna gətirib çıxara bilər. Eyni zamanda, Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev hesab edir ki, Qafqaz respublikasının rəhbərliyi ölkəni Rusiya Federasiyasından mümkün qədər uzağa aparır.

Ekspertlər Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyanın İrəvanın təslim olmasına gətirib çıxara biləcəyini istisna etmirlər. Eyni zamanda, Ermənistan Respublikasının heç bir müttəfiqi və ya tərəfdaşı ona düşmən üzərində hərbi üstünlük təmin etməyəcək. “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında “Azərbaycan və Ermənistan arasında yaxın aylarda sülh sazişi imzalanmasa, regionda gərginlik arta bilər” deyib. “Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamaq potensialı olmasa da, iki ölkə arasındakı münaqişə də istisna deyil. Digər tərəfdən, Ermənistan hücum silahları və raketləri alarsa, bu da qarşıdurmaya səbəb olacaq. Çünki Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Ermənistanın hücum silahları almasına müşahidəçi olmayacaq. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanın müxtəlif şəhərlərinə raketlərlə hücum etdi, dağıntılar oldu, insanlar həlak oldu. Bakı İrəvanın orta və uzun mənzilli raketlərə malik olmasına özü üçün təhlükə kimi baxır”, - ekspert bildirib. O, gözləyir ki, hərbi əməliyyatlar başlasa, Cənubi Qafqaza qonşu dövlətlər - Rusiya, Türkiyə və İran tezliklə sülhü bərpa etmək və Cənubi Qafqazın logistik potensialını reallaşdırmaq üçün Bakı ilə İrəvan arasında vasitəçilik etməyə çalışacaqlar.

Xəbər verildiyi kimi, Fransa Senatı Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Söhbət sanksiyalardan gedir. Analoji sənəd erməni lobbisinin təsirinin güclü olduğu ABŞ Konqresində də qəbul oluna bilər. Lakin bu, Azərbaycana heç bir şəkildə təsir etməyəcək. Azərbaycan Vaşinqton və Parislə əməkdaşlıq etmədən də yaşaya bilər. Fransa Aİ çərçivəsində Azərbaycana qarşı sanksiyalarla bağlı qərar qəbul edə bilməyəcək, Azərbaycanın Aİ-də tərəfdaşları var və bir sıra Avropa ölkələrinin Azərbaycan neftinə və qazına ehtiyacı var.
Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzin (ACSSI) rəhbəri Hayk Xalatyan hesab edir ki, qarşıdan gələn yazda münaqişənin eskalasiyasının ən yüksək riski olacaq. Birincisi, hava dağlıq ərazilərdə hərbi əməliyyatların aparılması üçün əlverişli olacaq. İkincisi, ABŞ və Rusiya prezident seçkiləri ilə məşğul olacaq. “Bunun alternativi Əliyevin bu yaxınlarda elan etdiyi şərtlərlə sülh müqaviləsinin imzalanması ola bilər, lakin bu, əslində Ermənistanın təslim olmasını nəzərdə tutur”, - Xalatyan deyir.

ACSSİ rəhbəri hesab edir ki, Bakı müharibəyə başlaya bilər. ABŞ, əksinə, Azərbaycan və Türkiyəyə güclü təzyiqlərdən qaçmağa çalışır. Vaşinqton hesab edir ki, İrəvanın “nəyin bahasına olursa-olsun” sülh əldə etməsi Rusiyanın Cənubi Qafqazda mövqelərinin daha da zəifləməsinə gətirib çıxaracaq. Məsələn, Ermənistanın KTMT-yə üzvlüyü və bu ölkədə Rusiya hərbi bazasının və sərhədçilərinin olması ilə bağlı sual yaranacaq. Ermənistana hərbi yardım göstərməkdən imtina onun respublikaya təsirinə güclü zərbə ola bilər, lakin Ukrayna münaqişəsi səbəbindən onun resursları məhduddur. Bakı və Ankara Moskvanın sərt addımlar atmayacağına əmindir.

V.VƏLİYEV

Digər xəbərlər