Analitika

  • 2 806

Qarabağda Novruz tonqalları alovlanır - ŞƏRH

image

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Novruz bayramı bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”

Xalqının, dövlətinin milli maraqlarını müdafiə edən Ümummilli Liderin “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu bu gün reallığa çevrilib. Azərbaycan xalqı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzu öz ərazi bütövlüyünü “Dəmir Yumruq”la bərpa etmiş qalib xalq kimi qeyd edir. Milli-mənəvi dəyərləri özündə birləşdirən həmrəylik bayramının tonqalları Ulu Öndərin vəsiyyət etdiyi kimi, Azərbaycanın cənnət diyarı olan Qarabağımızın hər guşəsində, Şuşada, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, işğaldan azad edilmiş torpaqlarda Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində Novruz tonqalları alovlandırılır.

20 mart 2021-ci ildə Şuşada, Cıdır düzündə Müzəffər Prezidentimiz cənab İlham Əliyev xalqımızı təbrik edərkən qeyd etdi ki, bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.” Ali Baş Komandan İlham Əliyevin qələbə nidalarına köklənən bu sözlər xalqımızın xoş arzu və niyyətlərini birə-beş artırdı.

Təsadüfi deyil ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını dünyanın harasında yaşamalarından asılı olmayaraq öz Vətənlərinə bağlı dünya Azərbaycanlıları böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Azərbaycan xalqı fəxr edir ki, Cıdır düzündə, Xankəndində alovlandırılan Novruz tonqalları qalib ölkəmizin vətəndaşlarının xoş arzularının carçısına cevrilib.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər