Analitika

  • 1 077

Azərbaycan-NATO əməkdaşlığı hərtərəfli tərəfdaşlıq əsasında qurulmuşdur - ŞƏRH

image

Dövlətimizin müstəqilliyinin bərpasından sonra NATO ilə hərtərəfli əməkdaşlığın əsası qoyuldu. Azərbaycan NATO-nun təhlükəsizlik və müdafiə sahəsində təşkil etdiyi sənədlərə imza atmış, təşkilatın fəaliyyətində yaxından iştirak etmişdir. Ölkəmizdə Prezidentin 12 noyabr 1997-ci il tarixli fərmanı ilə NATO ilə əməkdaşlıq üzrə Xüsusi komissiya da yaradılmışdır. Komssiyanın yaradılması dövlətimizin NATO ilə əməkdaşlığında müsbət nəticələr göstərmişdir. NATO-nun Baş katibi Yens Stoltenberq 17 mart tarixində ölkəmizə səfər edib. Səfər zamanı Prezident İlham Əliyev və Baş katib Yens Stoltenberq mətbuata birgə bəyanatla çıxış ediblər. Çıxış zamanı NATO və Azərbaycanın qarşılıqlı münasibətləri, regionda cərəyan edən mövcud məsələlər, iqtisadi əməkdaşlıq kimi mühüm işlər barədə geniş diskussiya aparılıb.

Prezident İlham Əliyev çıxışı zamanı, tərəfdaşlığımızın 30 ildən artıq davam edən uzun tarixinin olduğunu, ordumuzun Kosovada və Əfqanıstanda sülhməramlı əməliyytlarda iştirak etdiyini və Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələrin Azərbaycan hərbi qullluqçuları olduğunu bunun da əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirdiyimizi diqqətə çatdırdı. Uzun illər davam edən müzakirələr zamanı Azıərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışıldığını, artıq 3 ildən çoxdur ki, bu məsələnin müzakirələr arasında yer almadığını, çünki 2020-ci il 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edildiyini və bizim BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüquqlarımızdan istifadə etdiyimizi vurğuladı.

Həmçinin, cənab Prezident Ermənistanla sülh danışıqlarının başlanmasının məhz Azərbaycanın təşəbbüsü ilə baş tutduğunuvə Ermənistan tərəfindən cavab gözlədiyimizi bildirdi. Ölkə başçısı həmçinin, Azərbaycanın yekdilliklə COP-29 a ev sahibliyi edəcək ölkə seçildiyini, bunun bizim tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırdığımızı vurğuladı.

NATO-nun Baş katibi Yens Stoltenberq də öz növbəsində, Azərbaycanın NATO-nun uzunmüddətli tərəfdaşı olduğunu, ordumuzun Kosovada və Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirdiyini, həmçinin dövlətimizin Ermənsitanla sülhə nail olmaq təşəbbüsünü dəstəklədiyini bildirdi. Baş Katib Azərbaycanda keçiriləcək COP görüşünü səbirsizliklə gözlədiyini, iqlim dəyişmələrinin təhlükəsizlik üçün vacib olduğunu və buna görə də Nato üçün əhəmiyyətini vurğuladı.

Akif Qasımzadə

YAP Yasamal rayon təşkilatının üzvü

Digər xəbərlər