Analitika

  • 1 357

Arif Hacılı yarasız hesab olundu - ANALİZ

image

İsa Qəmbər yenidən başqanlığa qayıdır

Dağıdıcı müxalif baş bilənlərinin səhv, yanlış siyasət aparmaları nəticə etibarı ilə partiyaların acınacaqlı durumla üzləşmələrinə gətirib çıxarıb. Qopmalar, kütləvi istefalar, seçkilər də məğlubiyyətlər məhz yanlış siyasətin bədəlidir. Dağıdıcı müxalif baş bilənlərinin yanlış, səhv siyasət aparmalarından partiyalar acınacaqlı problemlərlə üzləşirlər. Dağıdıcı müxalif baş bilənlərinin vəziyyəti dəyişmək, üzləşdikləri ağır problemləri aradan qaldırmağa cəhd etməmələri mövcud durumlarının daha da ağırlaşmasına təkan verir. Bu amilin özü təsdiq edir ki, dağıdıcı müxalifət düşərgəsində aydın düşüncəli, sağlam fikirli, açıq, demokratik mübarizə aparmaq gücündə və istəyində olan partiya sədrləri yoxdur. Yəni ötən əsrin 90-cı illərin də hansı ağılda və düşüncəsində idilərsə, bu gün də eyni təfəkkürdədilər. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlərin öz aralarında da münasibətlər arzu edilən səviyyə də deyil. Hər bir partiya digərinə meydan oxuyur və fürsət yarandıqca, rəqib hesab etdiyi təşkilatı əzməyə, sıradan çıxartmağa çalışır. Bu kimi düşmənçilk daha çox AXCP ilə Müsavat arasında yaşandığını desək səhv etmərik. Əzəli rəqiblər olan bu partiyalar daim bir-birini sıradan çıxartmaq üçün hər cür vasitə və üsüllardan istifadə edirlər. Düşünmək olardı ki, İsa Qəmbərin başqanlıq dönəminin bitməsindən sonra Əli Kərimli Arif Hacılı ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq. Lakin gözlənilənlərin əksinə olaraq, AXCP-Müsavat qarşıduraması A.Hacılının başqanlığa gətirilməsindən sonra daha geniş xarakter aldı. Ə.Kərimli A.Hacılını başqan seçilməsi münasibəti ilə təbrik etmək əvəzinə, onu aşağılayan fikirlərlə çıxış etməsi düşmənçiliyin fərdlərlə deyil, Müsavatın ideologiyasına bağlı olduğunu göstərir.

Arif Hacılının kitabını Əli Kərimli bağladı

Müsavatın Milli Şuradan istefa verməsindən sonra Ə.Kərimli və ətrafındakı trollar açıq tezislərlə Müsavatı təhqir etməyə başladılar. Əli Kərimli sosial şəbəkə hesabında yazdı ki, Müsavat A.Hacılının başqanlığı dönəmidə mövcudluğunu itirə bilər: “Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə gənclər komitəsi Müsavat partiyasından üstündür. Bəlkə, Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat "Milli Şura"dan çıxdıqdan sonra neçə nəfəri yeni üzv qəbul edib? Xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Çünki partiya əsas etibarilə sağlamdır”. Növbəti mərhələ də proseslər o dərəcə gərgin xarakter aldı ki, artıq Əli Kərimli ilə Arif Hacılı nəinki hansısa bir tədbirdə görünmək, hətta adlarının bir siyahıda çəkilməsini istəmədilər. Məhz bu səbəbdəndir ki, A.Hacılı Ə.Kərimlinin də təmsil olunduğu “Elçibəy İnstitutu” adlı qurumdan istefa verdiyini bəyan edib. İstefa bəyanatında A.Hacılı qırmızIlıq edərək, mövcud reallıqları dilə gətirib: “Təsisçilərindən biri olduğum “Elçibəy İnstitutu” adlı qurumdan istefa verirəm. Səbəb “Elçibəy İnstitutu”nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir” . Bununla da A.Hacılı məhz əyani şəkil də Ə.Kərimlinin sifətini görməmək üçün qurumdan istefa verdiyini nümayiş etdirib. Həm də A.Hacılı “Elçibəy irsini tədqiq və təbliğ etmək üçün deyil, şəxsi maraqları naminə istifadə edirlər” deməklə əlindəki daşları birbaşa Ə.Kərimliyə atmış olur.

İsa Qəmbər yenidən başqanlığa qayıtmaqla səhvlərini düzəltməyə ümid edir

Baş verənlər fonunda o fikri vurğulamaq olar ki, dağıdıcı müxalifət düşərgəsində Ə.Kərimli A.Hacılıdan üstündür. Bu da Ə.Kərimlinin xarici maraqlı dairələrlə “səmərəli” iş qurması və daxil də böhtan xarakterli çılğın fəaliyyətə daha çox yer verməsi ilə bağlıdır. Ə.Kərimlinin üstünlüyü və A. Hacılının zəifliyi müsavatçıları narahat etsə də başqa çıxış yolu olmadığından susmağa məcbur olublar. Hətta bəzi müsavatçılar müəyyən hallarda A.Hacılını başa düşməyə çalışırlar. Çünki, istənilən qərarın qəbulunda və addımların atılmasında A.Hacılı özü müstəqil mövqeyə malik olmayıb. Yəni İsa Qəmbər rəsmən başqan olmasa da Müsavatın siyasi xətti onun rəyi ilə həyata keçirilib. Bu da o anlamı yaradır ki, A.Hacılının başqanlığı formal xarakter daşıyıb. Ancaq mayın 1-də keçirilməsi nəzərdə tutulan Müsavatın növbəti qurultayında bu formallığın aradan qaldırılması və İsa Qəmbərin yenidən başqanlığa gətirilməsi planlaşdırılır. Bununla bağlı Müsavatın qərargahında törən də təşkil edilib. Törən də tərtib olunan tezislərlə çıxış edən Müsavatın Məclis sədri Nüşabə Sadıqlı ilk öncə Arif Hacılıını ağ yuyub qara sərib. Haqqında hər cür təhqiramiz ifadələr səsləndirib. Son da isə Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Hətta N.Sadıqlı bəyan edib ki, partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olub. Halbuki, qurultayın keçirilməsi qərarı martın 30 –da təşkil edilən partiya məclisinin iclasında verilib. Həmin iclasda da İ.Qəmbərin başqanlığa gətirilməsi təklifi irəli sürülüb. Bu səbəbdən də necə ola bilər ki, qurultay planlaşdırılmadan və qurultaya hazırlıq üzrə rayon təşkilatlarının konfransları keçirilmədən yerlərdən İ.Qəmbərin başqanlığa gətirilməsi təklifləri irəli sürülür? Müəmmalı və ironiya ilə qarşılanan haldır. Burda deyiblər, kefin olsun. İsa Qəmbər. Ən maraqlısı isə sözügedən törən də Məclisin üzvləri yekdilliklə İsa Qəmbərin başqanlığa layiqli namizəd olduğunu bildiriblər. İsa Qəmbər isə özünü məsələdən bixəbər kimi göstərməyə çalışıb və bu etimada görə partiya üzvlərinə təşəkkür edib, təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib. Qərar heç şübhəsiz ki, müsbət olacaq. Çünki özünün qurduğu oyunu, özü də başa çatdıracaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər