Analitika

  • 4 900

USAİD Azərbaycanda siyasi fəaliyyətlə məşğul olduğunu etiraf etdi FAKT + ANALİTİK

image

Bakı ilə Moskvanın maraqları üst-üstə düşürsə, Vaşinqtonun birinci vəzifəsi müxtəlif qeyri-siyasi qurumlar, həmçinin ayrı-ayrı şəxslər vasitəsi ilə həmin maraqları aradan götürməkdən ibarət olmalıdır

Hələ 2019-cu ilin 5 iyul tarixində USAİD yeni fəaliyyət istiqamətinin konsepsiyasını təqdim etmişdi. Belə ki, konsepsiyada göstərilən əsas fəaliyyət istiqaməti “Kremlin zərərli təsirinə müqavimət” (COUNTERING MALIGN KREMLIN INFLUENCE ) adlandırıldı və bununla da faktiki olaraq ABŞ, Rusiya ilə sıx siyasi və iqtisadi bağlılıqları, strateji tərəfdarlıqları, eləcə də partnyorluqları olan ölkələrdə rəsmi (!) anti-Rusiya təbliğatına start verdi. Əslində isə, bunu ABŞ-la Rusiya arasında uzun illərdir davam edən soyuq müharibənin növbəti və daha sərt mərhələsi kimi də qiymətləndirmək olar. Misal üçün, əgər Azərbaycan Rusiya ilə münasibətlərini daha səmimi və sıx bağlara doğru yönəldirsə, yaxud strateji tərəfdaş olaraq bir sıra siyasi-iqtisadi məsələlərdə Bakı ilə Moskvanın maraqları (əsasən, Cənubi Qafqaz regionunda) üst-üstə düşürsə, Vaşinqtonun birinci vəzifəsi müxtəlif qeyri-siyasi qurumlar, həmçinin ayrı-ayrı şəxslər vasitəsi ilə həmin maraqları aradan götürməkdən ibarət olmalıdır.

SİA analitik araşdırma və faktlara əsaslanan növbəti məqaləsini təqdim edir və beləliklə, maraqlı fakt həm də ondan ibarətdir ki, ilkin konseptual sənəddə Rusiyanın təsiri ilə mübarizədə əsasən Şərqi Avropa ölkələri nəzərdə tutulur.
Link aşağıda:
https://www.usaid.gov/sites/default/files/documents/1863/CMKI_Development_Framework_.pdf

Beləliklə, sözügedən fəaliyyət üzrə ilk illik hesabatla tanış olduqda məlum olur ki, aparılan işin əhatə dairəsi genişləndirilərək artıq ümumilikdə 11 ölkəni o cümlədən, Azərbaycanı əhatə edir və diqqət yetirsək görərik ki, son bir neçə ildə, xüsusilə son vaxtlar (ABŞ-da demokratlar hakimiyyətə yiyələndikdən sonra) müxtəlif tədbirlər planlarında Vaşinqtonun Bakıya təsir etmək maraqları bu və ya digər şəkildə artmağa başlayıb.O da əbəs deyil ki, yuxarıda müxtəlif təşkilatlar və ayrı-ayrı şəxslər deyərkən biz, həmin məsələni xatırladaraq diqqəti həmin istiqamətə tərəf yönəltdik. Çünki hazırkı zamana qədər Azərbaycanda ən çox fəaliyyət aparan Amerika təşkilatı məhz USAİD-dir. Bu haqda çıxış etdiyimiz onlarla məqalələrdə qurumun təməlində milyarder Corc Sorosun dayandığını qeyd etmiş, həmçinin onun müəyyən etdiyi adamlarının humanitar və s. sahələr adı altında Azərbaycanda “rəngli inqilab” və başqa dağıdıcı üsullar istiqamətində iş aparmaları haqqında yazmışıq. Bəli, Corc Sorosun “Açıq Cəmiyyət İnstitutu” rəsmi olaraq Bakıdan uzaqlaşdırılıb və fəaliyyətinə qadağa qoyulub, amma bu, o demək deyil ki, Sorosun ayağı ölkəmizdən tamamilə yığışıb, əsla, bu, heç də belə deyil! Soros özü burada olmasa da, onun “demokrat” bədheybətləri kirli planlarını müxtəlif layihələr vasitəsi ilə icra etməyə cəhdlər göstərirlər.

Xüsusilə, Co Baydenin müəmmalı prezident seçilməsindən sonra bu cəhdlər sürətlə artmağa başlayıb.Nəticədə məqalənin əvvəlində qeyd edilən konsepsiya USAİD-in mövcud olduğu ölkələrdə birbaşa siyasi fəaliyyətlə məşğul olduğunu rəsmi olaraq təsdiq edir, halbuki USAİD-in bəyan etdiyi əsas fəaliyyət istiqaməti guya “yardım proqramlarının” həyata keçirilməsidir.

sia.az

Digər xəbərlər