Analitika

  • 4 249

Xankəndiyə aparan yeni Laçın yolu: AZ QALDI! ŞƏRH+AKTUAL

image

Cari ilin may-iyun aylarında alternativ yolun açılışı gözlənilir

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə sürətli və yüksək keyfiyyətlərə əsaslanan bərpa-inşaat işləri aparılır və bu reallıq artıq Ermənistanda da qısqanclıq yaradır, üstəlik, revanşist qüvvələrin əl-qollarını, sözün əsl mənasında, bağlayır. Söz yox ki, güclü iqtisadiyyat və qüdrətli ordu reallığı da bu amilləri özündə kifayət qədər ehtiva etməkdədir. Düzdür, bu gün Ermənistandakı müəyyən və məlum isterik qüvvələr – istər müxalifət, istərsə də iqtidar təmsilçiləri hələ də özlərinə təskinliklər verir, olmayanı və bundan sonra heç vaxt olmayacaq məsələləri “olan” kimi qələmə verməyə cəhdlər göstərirlər, amma reallıq tamamilə başqa tərəfləri, fərqli mənzərəni göstərir...

Azərbaycanın apardığı işlər Ermənistanın imzaladığı kapitulyasiya sənədinə uyğun şəkildə həyata keçirilir

Bu xüsusda, yeni Laçın yolunun sürətli tikintisi, hətta belə desək, vaxtından əvvəl istifadəyə verilməsi mümkünlüyü istər hələ də Qarabağda qalan cinayətkar-quldur rejiminin tör-töküntülərini, istərsə də Ermənistandakı hay-harayçıları əməlli-başlı çaş-baş vəziyyətinə salıb. Belə ki, əldə etdiyimiz məlumatlara görə, artıq cari ilin may-iyun aylarında alternativ yolun açılışı gözlənilir.

Yeri gəlmişkən, onu da xatırlada bilərik ki, bu əhəmiyyətli addımın realizəsi məhz 10 noyabr anlaşmasında yer alıb və bu baxımdan, nə Rusiya, nə də Ermənistan sözügedən prosesə mane, yaxud müdaxilə edə bilmirlər. Daha dəqiq desək, Azərbaycanın apardığı işlər Ermənistanın imzaladığı kapitulyasiya sənədinə uyğun şəkildə, yəni əldə edilmiş razılaşmalar əsasında həyata keçirilir.

Erməni sakin: “Elə bil Bakının yarısı burada işləyir, azərbaycanlılar çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar”

Ermənistandakı reaksiyalar da kifayət qədər maraq doğurur. Misal üçün, yeni Laçın yolunun inşasının yaxınlığında yerləşən kəndlərdən birinin sakini Sarkisyan təəccüblə deyib: “Elə bil Bakının yarısı burada işləyir, azərbaycanlılar çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar”.Onu da qeyd etmək olar ki, bu gün Laçın dəhlizi adlandırılan yola alternativ yolun mühüm özəlliyi yalnız Laçın şəhərinin tam olaraq bizim nəzarətimizə keçməsi ilə deyil, həm də Ermənistanın “Laçın koridoru” adlandırdıqları köhnə yoldakı bütün qanunsuz kommunikasiya xətlərinin qeyri-işlək vəziyyətə düşməsi ilə də seçilir. Məsələ ondadır ki, hazırkı Laçın dəhlizindən Xankəndiyə Ermənistandan qeyri-qanuni olaraq müxtəlif kommunikasiya xətləri uzanır - işıq, qaz, internet və s.Yeni Laçın yolunda isə Ermənistana aid heç bir kommunikasiya xətləri mövcud olmayacaq və beləliklə, Xankəndi şəhərimizin bütün kommunikasiya təminat mexanizmləri məhz Azərbaycan tərəfindən təmin ediləcək. Hazırda isə yeni yolun Həkəri çayı üzərindən yeni körpüsü tikilir. Bütün bu reallıqlar isə bir daha sübut edir ki, artıq bu yol bizi Xankəndiyə doğru daha da yaxınlaşdırır və necə deyərlər, az qaldı!

Rövşən RƏSULOV

Digər xəbərlər