Analitika

  • 4 297

İrəvanın Bakının 5 təklifinə “6 təklif” adlı nağılı: artıq səbr qalmadı! SİYASİ RAKURS+ÖZƏL

image

Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryandan Azərbaycana sərsəm “ideya”

Məlum olduğu kimi, sülh sazişinin imzalanması üçün Azərbaycan Ermənistana 5 təklif irəli sürüb və bu təkliflərin hər biri müxtəlif siyasi arenalarda və görüşlərdə Ermənistan tərəfindən qəbul edilib. O cümlədən, sərhədlərin delimitasiyasının həyata keçirilməsi üçün sonuncu Brüssel görüşündə qərar qəbul olunub, həm Ermənistan, həm də Azərbaycan tərəfindən birgə komissiyaların yaradılmasaı barədə razılıq əldə olunub, eləcə də həmin görüşdə İrəvana aprel ayının sonlarına qədər vaxt verilib. Lakin aprel ayı başa çatıb və artıq may ayının ortalarıdır, amma buna baxmayaraq, Bakı hələ də İrəvanın fəaliyyətində hər hansı bir irəliləyişi müşahidə etmir. Əksinə, görünən budur ki, Ermənistanın rəhbərliyi hər fürsətində prosesi süni və ya digər bəhanələrlə uzatmağa cəhdlər göstərir və əlbəttə ki, bu cür davranış Bakının səbrini tükəndirməyə bilməz.
Əgər Qriqoryan axmaqdırsa, onda axmağın axmağıdır!
Bu günlərdə isə məlum olub ki, 44 günlük müharibədə məğlub olmasına, ordusunun darmadağın edilməsinə rəğmən, Ermənistan tərəfi qəbuledilməz, sərsəm “təklif” kəşf edib. Bu “təklif” isə bəri başdan desək, daha əvvəl tərəflər arasında qəbul edilmiş bütün razılaşmaları heçə endirir.Məlum olub ki, Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bu dəfə anklavlar məsələsini ortaya atıb və Azərbaycanla da bu məsələ ətrafında danışıqların aparılması “vacibliyindən” dəm vurub, İrəvanın Bakıya “6” təklifinin olduğunu deyib və Azərbaycanın təklifləri ilə Ermənistanın təklflərini birləşdirməklə “5+6” təklif formatını “irəli sürməyə” çalışıb.SİTAT: “Hər iki tərəfdə anklavlar var və onların əraziləri təxminən eynidir. Həm İrəvan, həm də Bakı bu məsələ ilə bağlı susur. Həllin mümkün variantı: erməni anklavları Azərbaycana, Azərbaycan anklavları Ermənistana qalır” (?!)Göründüyü kimi, məğlub olmuş bir ölkənin qalib ölkə qarşısında belə bir həyasız davranışı artıq bütün hədləri və sədləri aşmaq anlamını daşıyır və bunun mümkünsüz olduğunu yaxşı bilən Ermənistan hökuməti vəziyyəti yenidən gərginləşdirməyə cəhdlər göstərir. Üstəlik, yarı gözdən də müəyyən etmək rahatdır ki, əgər anklav məsələsi gündəmə gətirilirsə, Azərbaycanın Ermənistanda qalan əraziləri kifayət qədər çoxdur və Qriqoryan axmaqdırsa, onda axmağın axmağıdır və məhz özünü də axmaq yerinə qoyub!
Ermənistan Azərbaycanın ərazilərinə iddialarını davam etdirir, üstəlik, Azərbaycanın ərazisində yaşayan erməniləri ayrıca olaraq “Qarabağ xalqı” adlandırır!
Sirr deyil ki, Ermənistan Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiyini deyir və buna rəğmən, özünün “6 bəndini” irəli sürür (?!), yəni iddialarını ortaya qoyur, üstəlik, Qarabağ məsələsinin guya birdəfəlik həllinə “şərait” yarandığını bəyan edir. Ancaq İrəvanın “6 bəndində” irəli sürülən sərsəmliklərdən biri də “Qarabağ xalqının öz müqəddəratının təyin edilməsi hüququ”, yaxud “statusu” ətrafındakı var-gəllərdir.Yəni fakt budur ki, Ermənistan Azərbaycanın ərazilərinə iddialarını davam etdirir, üstəlik, Azərbaycanın ərazisində yaşayan erməniləri ayrıca olaraq “Qarabağ xalqı” adlandırır! Lakin Qriqoryan unudur ki, Azərbaycanın Ermənistanda anklavları kifayət qədər çoxdur və ərazisinə görə də böyükdür. Ermənistanda harada ki, 30 il əvvəl azərbaycanlılara məxsus yaşayış məskənləri mövcud olubsa da, indi oralarda heç kim yaşamır, evlər və s. sosial-məişət yerləri isə darmadağın edilib. Əgər Ermənistanın Azərbaycanda anklavı varsa (o da şübhəlidir-R.R.) həmin yeganə anklav Başkənddir.Azərbaycanın isə Ermənistan ərazisində qalmış anklavları ərazi baxımından kifayət qədər çoxdur. Onlar Azərbaycanın Qazax rayonunun Bağanis-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılı Hacılı, Xeyrimli kənləri, həmçinin Naxıvan Muxtar Respublikasının ərazisindəki Kərki kəndidir.
İndi isə gəlin həmin anklavların kvadrat kiometrlərlə ərazilərinə baxaq:
Yuxarı Əskipara — 8,6 kv. km,
Aşağı Əskipara – 9,1 Kv. km,
Bağaniz-Ayrım— 40 kv. km,
Bərxudarlı — 10,1 kv. km,
Sofulu — 22 kv. km,
Qızıl Hacılı— 11 kv. km,
Xeyrimli — 4,1 kv. km,
Kərki (Naxçıvan MR) — 19,2 kv. km.
Azərbaycanın Gədəbəy rayonu ərazisində qalan Başkənd yaşayış məntəqəsi isə 40 kv.km təşkil edir.
Ermənistan Qərbi Zəngəzur və Göyçənin statuslarının müəyyənldirilməsinə hazırdırmı?
Məhz bu vasitə ilə qeyd etmək olar ki, təkcə Qazax rayonunun işğal altında qalmaqda davam edən yeddi kəndi və Naxçıvan MR-nın bir kəndi ümumilikdə 124 kvadrat kilometr ərazi təşkil edir. Bu ərazilər isə Başkənd yaşayış məntəqəsinin ərazisindən dəfələrlə çoxdur. Bu zaman yenə də sual yaranır – bəs Armen Qriqoryan bununla nə demək istəyir? Hansı “təxminən eyni ərazilərə malik anklavlardan” dəm vurur?Və bu adamlar, yəni erməni hökumətinin başbilənləri birdəfəlik anlamalı, dərk etməlidirlər ki, Azərbaycanın daxili məsələləri heç bir digər dövlətlərlə müzakirə edilmir. Və bu gün onun iddia etdiyi kimi nə “Dağlıq Qarabağ” adlı ərazi mövcuddur, nə də “Qarabağ xalqı” var!Təbii ki, əgər Armen Qriqoryan məğlub ölkənin mənsubu olaraq yenidən Azərbaycanla “şərtlər” dilində danışmaq istəyirsə, özündən “5+6” formatlı “şərtlər nağılı” icad etməyə çalışırsa, onda Azərbaycanın şərtlərini beyninə yükləsin - əzəli Azərbaycan torpaqları olan Qərbi Zəngəzurun və Göyçənin statuslarının müəyyən edilməsi, orada yaşamalı olan, lakin qovulan azərbaycanlıların gələcək müqəddəratlarının, hüquqlarının müəyyən edilməsinə, onların geriyə - öz doğma yurd-yuvalarına dönmələrinə hazırlaşsın. Ermənistan hökuməti buna hazırdırmı? Hə yoxsa yox?! Əks halda, onsuz da Bakı səbrsizlənib və belə sərsəm “ideyaları” ilə vaxtı uzatmağa davam edəcəkləri halda yerdə qalan xırda-para problemləri bircə göz qırpımında həll edəcək və edəcək də!

Rövşən RƏSULOV

Digər xəbərlər