Analitika

  • 7 930

Ermənistanın suyu quruyacaq – özünü ağıllı aparmazsa! ANALİTİK

image

Yaxud, ipə-sapa yatmayan rəsmi İrəvan daha hansı üsulla çökdürülə bilər?

44 günlük Vətən müharibəsinin üzərindən 2 il keçməsinə və silahlı qüvvələri darmadağın edilmiş Ermənistanın rüsvayçı vəziyyətdə kapitulyasiya aktına imza atmasına baxmayaraq, rəsmi İrəvan hələ də məğlubiyyət reallığı ilə barışmadığını çoxsaylı təxribatları ilə nümayiş etdirməkdədir. İstər sərhədlərin delimitasiyasında tələb edilən addımlara getməməsi, istər Qarabağda hələ də qanunsuz erməni silahlılarının qalması, müəyyən olunmamış sərhədlərdə minalama diversiyalarının və s. tipli silahlı təxribatların törədilməsi, eyni zamanda, Naxçıvana birləşəcək Zəngəzur dəhlizinin açılmaması da kifayət qədər bu cür qənaətə gəlməyə zəmin yaradır. Mövcud fakt budur ki, Ermənistan Azərbaycanla uzunmüddətli sülh müqaviləsini imzalamaqdan hər vəchlə boyun qaçırır.
Ermənistanı sülhə məcbur etmək faktoru qüvvədədir, amma digər yollar da varmı?
Real vəziyyətdə erməni tərəfinin necə deyərlər, yola gətirilməsi üçün bir neçə variantlar bu gün də gündəmdə qalmaqdadır. Daha dəqiq desək, Bakının İrəvanı birdəfəlik dizə gətirməsi sadəcə an məsələsidir və İrəvan da anlamağa məhkumdur bu cür davam edə də bilməz. Beləliklə, hərb yolu ilə Ermənistanı sülhə məcbur etmək faktoru qüvvədədir, amma digər yollar da varmı?Bu günlərdə aparıcı yerli rusdilli teleqram kanallarının birində informasiyalarla maraqlanarkən Bakı sakini Hüseyn Abbaszadə adlı araşdırmaçının kifayət qədər diqqət çəkən rəyini oxudum. Məlum oldu ki, əslində İrəvanı ipə-sapa yatırmaq üçün daha bir müfəssəl addıma getmək olar. Bu addım mənbələri məhz Azərbaycanda olan və Ermənistana axan çaylarla əlaqəlidir. Hətta belə desək, irəli sürülən təklif erməni tərəfi üçün çox ciddi təhlükələr yarada bilmək imkanındadır. Əlbəttə ki, realizə olunarsa...Beləliklə, su resursları ilə Ermənistanı necə çökdürmək olar? Bayaq da qeyd edildiyi kimi, Azərbaycanın təbii su resursları Ermənistanı təmin edir və ilk növbədə ermənilərin “Sevan” adlandırdıqları Göyçə gölü məhz Azərbaycanın dağ yamaclarından su ilə təmin olunur.
Bərgüşadın, Arpaçayın məcraları dəyişərsə...
Müəllif qeyd edir: “Ermənistan əhalisinin mövcudluğuna təsir edən və Azərbaycandan təmin edilən içməli suyun rolu haqqında danışaq. Bir sirr açım ki, bunu Ermənistanda da yaxşı bilirlər, amma Azərbaycanda bunu bilənlər azdır. Qonşu ölkənin suya tələbatının 80%-i Azərbaycanın su resurslarından asılı vəziyyətdədir və əhəmiyyətli hissəsi Göyçə gölünə axır”.Bərgüşad çayının uzunluğu 178 km uzunluğundadır və mənbəsini Kəlbəcərdən, Murov dağının yüksəkliklərindən götürməklə 59 km Azərbaycan ərazisindən axır, ardınca isə 119 km Ermənistanın ərazisindən keçir. Ermənistan ərazisindən keçən hissəsində Vorotan HES-Kaskad tikilib və balıq təsərrüfatları fəaliyyət göstərir.
Bərgüşad çayı Ermənistana axmazsa cəmi 6 ay ərzində Göyçə gölü sadəcə quruyan bataqlığa çevrilə bilər
Arpaçay da kifayət qədər strateji məqsəd daşıyan çaylardandır. O, öz mənbəsini Naxçıvandan götürür, 128 km Zəngəzur aşırımından keçməklə 92 km Ermənistanın Vayadzor vilayətinə axır. Arpaçayın üzərində HES və su anbarı tikilib. Orada forel və s. növlərdə balıqlar yetişdirilir.Məhz bu faktlardan sonra məlum olur ki, Ermənistan nəyə görə Kəlbəcərdən və Laçından belə möhkəm yapışırdı və bu rayonları geriyə qaytarmamaq üçün cəhdlər göstərirdi. Təkcə bu çayların Ermənistan ərazisinə axarı dayansa “Ararat vadisi” deyilən ərazilər qorxunc səhraya çevrilə bilər. Əgər bu gün Ermənistan “ərik bağları” ilə özünü öyürsə, sabah bu bağlar sadəcə yer üzündən silinə bilər. Hər halda, Ermənistanda bu faktı yaxşı bilirlər, ona görə də öz əhalisinə, vətəndaşlarına bu sirr haqda bir kəlmə də olsun deyilmir.Beləliklə, Bakı çayların məcrasını dəyişdirsə və həmin məcraları öz ərazisi daxilində təmin etsə Ermənistan həm içməli, həm də texniki məqsədli sudan istifadədən məhrum qalacaq.
Qarabağdakı separatçılar da bunu bilməli və nəticə çıxarmalıdırlar!
Yeri gəlmişkən, Qarabağda da eyni vəziyyətdir. Yəni hələ də qanunsuz silahlı-terror dəstələrini RSK-nın müvəqqəti nəzarət etdiyi ərazilərdə (Xankəndi, Ağdərə, Xocavəndin bir hissəsi, Əsgəran və s.) saxlayan erməni separatçıları çox qısa müddətdə sususz qala bilmək təhlükəsi ilə üzləşəcəklər. Çünki həmin ərazilər suyu Tər-Tər çayının təmin etdiyi Sərsəng su anbarından götürürlər və bu anbar Azərbaycanın nəzarəti altındadır.Çaylar bəşər tarixinin bütün çağlarında insanların səmərəsi üçün axıblar, insanlar əkib-biçiblər, həyatlarını təmin ediblər. Lakin bunu anlamayan Ermənistan ümumiyyətlə, bəşəriyyətə zərər vuran davranışları ilə bu gün də öz ampulasında qalmaqdadır. Və sabah-birigün İrəvan düşə biləcəyi daha ağır vəziyyəti təsəvvürünə gətirməzsə, hər şey baş verə bilər, əlbəttə ki, onun öz zərərinə...
Rövşən RƏSULOV

Digər xəbərlər