PDF Oxu

Araşdırma

  • 5 580

Bəşəriyyətə qarşı demonkratik atom bombaları – QLOBAL TERROR

image

1945-ci ilin avqustun 6-da və 9-da Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanı bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə dəhşətli nümunədir. SSRİ tərəfindən faşist Almaniyasının məğlub edilməsi və kapitulyasiya aktı imzalandıqdan 3 ay sonra sonra ABŞ dünyada hegemonluğunu və liderliyini təmin etmək üçün yenicə yaratdığı atom bombalarını Almaniyanın müttəfiqi Yaponiyaya atmağa qərar verdi. Halbuki, 2-ci dünya müharibəsi demək olar ki, bitmişdi və buna heç bir ehtiyac yox idi. Yaponiya təkbaşına dünya müharibəsini davam etdirəcək deyildi. Üstəlik, atom bombaları Yaponiyann hərbi bazalarını məhv etməyə yox, yapon xalqını məhv etmək üçün yüz minlərlə mülki əhalinin yaşadığı şəhərlərə atıldı.

1945-ci il 6 avqust tarixində amerikan B-29 bombardmançı təyyarəsi "Balaca oğlan" adı qoyulmuş atom bombasını Hiroşimaya atdı. 13–18 kiloton trotilə bərabər bomba şəhəri və oun on minlərlə sakinini məhv etdi. Bu, bəşər tarixində görünməmiş kütləvi qırğın idi. Dünya bu dəhşətli şokdan ayılmamış növbəti faciə təşkil edildi. Avqustun 9-da 21 kiloton trotilə ekvivalent olan "Gonbul” adlandırılan atom bombası amerikan B-29 bombardman təyyarəsi tərəfindən Naqasaki şəhərinə atıldı.

Hiroşimada həlak olanların sayı 150 min arası, Naqasakidə isə 100 minə yaxın oldu. İnsanlar buxarlanıb yoxa çıxdılar, ətrafda hər şey əriyib toza döndü, hər yer radisiya ilə zəhərləndi. Bəşər tarixində belə dəhşət görünməmişdi və hələ də görünməyib.

Hədəflərin seçimi üzrə Komitə hədəf kimi Kioto, Hiroşima (hərbi baza), İokoqama (hərbi sənaye mərkəzi), Kokura (iri hərbi arsenal mərkəzi) və Niiqatada (maşınqayırma mərkəzi və hərbi liman) atom silahının tətbiqini irəli sürmüşdü. Lakin Komitə bu silahın hərbi məqsədlə tətbiqi ideyasını təkzib etdi. Belə ki, geniş şəhər zonası ilə əhatələnməmiş ərazidə bombalanmanın tətbiqinin rezonansı daha az olardı. Daha çox insanın məhv edilməsi daha çox qlobal qorxunu təmin edərdi və ABŞ-ın dünyada hegemonluğunu təmin edərdi.

Məsələn, Komitədə Kiotonun xeyrinə bildirmişdi ki, Kiotodan fərqli olaraq Hiroşimanın yerləşmə mövqeyi təpələrə yaxın olduğundan partlayışın gücünü artıra bilərdi.

Hiroşima 81 körpü vasitəsilə 6 adanın birləşdiyi dəniz səviyyəsindən bir az hündürdə yerləşən hamar ərazidə yerləşirdi. Şəhərin əhalisinin sayı 300 000 civarında idi.

Partlayışın episentrinə yaxın olan şəxslər anındaca ölmüş və onların bədəni hissələrə ayrılaraq ətrafa dağılmışdı. Həmin vaxt havada uçan quşlar yanmış, quru yanan materiallar isə (məsələn, kağız) partlayışın episentrinə 2 km uzaqda belə yanmışdı. İşıq şüalanması paltarı yandıraraq onun qara rəsmini bədənlərdə həkk etdi. İnsan siluetləri isə divarda qaldı. Evdən kənarda olan insanları isə işıq parıltısı kor etdi. Episentrin yaxınlığında olan hər şeyi partlayış dalğası dərhal yox etmişdi. Episentrdən 800 m məsafədə yerləşən 90 % insan bir neçə dəqiqədən sonra ölmüşdü.

Partlayış dalğası 20 km-ə qədər məsafədə yerləşən pəncərələri məhv etmişdi. Şəhərdə eyni vaxtda çoxlu sayda kiçik yanğınlar yaranmış və yaranmış güclü külək episentrə doğru istiqamət almışdı. Alov şəhərin 11 km²-dən çox hissəsini əhatə eləmişdi.

Partlayış vaxtı 80 mindən artıq insan dərhal oldü. Tezliklə sağ qalanlar arasında ölənlərin sayı artmağa başladı. Şüalanma xəstəliyindən ölənlərin sayı partlayışdan 3–4 həftə sonra pik nöqtəyə çatdı. 5 il ərzində partlayışdan sonra yaranan xərçəng və digər uzunmüddətli nəticələrdən sonra ölənlərin sayı 200 000-i keçmişdi.

Naqasaki iki çayın axdığı iki vadidə yerləşirdi. İkinci dünya müharibəsi zamanı şəhər iri dəniz limanı olmaqla yanaşı, həm də sənaye mərkəzi kimi tanınırdı. Bombalanma zamanı şəhərdə 200 minə yaxın əhalinin olması bildirilmişdi.

Naqasaki prefekturasının hesabatına əsasən, episentrdən 1 km məsafadə yerləşən insan və heyvanlar həmin an öldü. 2 km radiusda yerləşən bütün evlər yandı. 14 min bina dağılmışdı.

Ölənlərin sayı 80 minə qədər idi. 5 ildən sonra isə partlayış nəticəsində xərçəng xəstəliyinə yoluxaraq ölənlərin sayı 140 min insan idi.

Rəsmi yapon mənbələrində atom zərbələrindən ölənlərin ümumi sayının yarım milyona yaxın olduğu göstərilir.

80 ilə yaxın vaxt keçib, hələ də yüz minlərlə insan atom şüalanmasından əziyyət çəkir. 10 il əvvəl Yaponiyanın verdiyi rəsmi məlumatda Hiroşima və Naqasakiyə atılan atom bombalarından sonra 201 779 nəfərin atom bombalanmasından yaranan xəstəliklərdən əziyyət çəkməsi göstərilib. Bu rəqəm radiasiyanın təsirinə məruz qalmış qadınlardan dünyaya gələn körpələri də özündə birləşdirir.

Dünya 2 dəhşətli nüvə faicəsini yaşamış, yüz minlərlə insan buxarlanmışdı. Lakin ABŞ hökuməti bunlarla kifayətlənmək fikrində deyildi. Daha bir atom bombasının avqustun ortalarında istifadəyə hazır olacağını gözləyirdi. Ondan sonra sentyabr və oktyabr aylarında daha 3-nün də atılmasını planlaşdırmışdı.

Bax belə. Bəşəriyyətə qarşı dəhşətli nüvə silahı tətbiq edən şeytani dövlətin rəhbərləri qandan doymurdular. Belə bir qorxunc bəşəri faciə belə onları dayandırmağa kifayət etmirdi...

2015-ci ilin 6 avqust tarixində bombalanmaların ildönümündə prezident Harri Trumenin nəvəsi Klifton Trumen Daniel bildirdi ki, “babası ömrünün sonlarına qədər Hiroşima və Naqasakiyə atılan atom bombalarının düzgün olduğunu və ABŞ-nin ondan heç vaxt bu haqda üzr istəməsini xahiş etməyəcəyini hesab edirdi”.

Təyyarə poltları, əməliyyatı həyata keçirənlər, qərarı hazırlayan hərbi komandanlıq üzvləri də bundan peşman olmadıqlarını dəfələrlə bəyan ediblər. İnanmaq olmur, insan necə belə qorxunc varlığa çevrilə bilər? ABŞ-da insanları necə belə zombiyə çevirə biliblər?

Bu dövlət sonrakı dövrlərdə də dünyaya ancaq bəla, faicə, fəlakət gətirdi, onlarla ölkədə müharibələr, terrorlar, qanlı qırğınlar, müxtəlif fəlakətlər törətdilər. Bu siyasət hələ də davam edir. İndi də faşist və işğalçı erməni terror dövlətini müdafiə edərək işğala və terrora məruz qalmış Azərbaycana qarşı siyasət yürüdürlər. Və bu dövlət özünü dünyaya demokratiyanın, insan azadlığının müdafiəçisi kimi göstərir. Tarixin ironiyasına baxın!

Əsrlər, minillər keçəcək, bəşər tarixi Xirosima və Naqasaki dəhşətlərini unutmayacaq və bu terror aktları insan sivilizasiyasının üz qarası kimi qanla yazılmış səhifələrdə yaşayacaq.

Elçin Bayramlı

Digər xəbərlər