PDF Oxu

Araşdırma

  • 4 939

Rusiya Ukrayna cəbhəsində son vəziyyət. İkinci Çernobıl riski TƏHLİL

image

Ukrayna prezidenti Vladimir Zelenski dünənki açıqlamasında Ukrayna qüvvələrinin Kursk bölgəsinə başlayan hücumu barədə danışıb. Beləliklə o, Ukraynanın müharibəni Rusiya ərazisində apardığını deyib. Bu məqamda Zelenskinin daha əvvəlki açıqlaması yada düşür. Belə ki, o daha əvvəlki açıqlamasında “Rusiya da müharibəni hiss edəcək”, - demişdi. Nəticədə isə Ukrayna Rusiyaya lazımi cavab verə biləcəyini sübut edib.Rusiya isə dünən Ukrayna qoşunlarının Kurska daxil olmasının beşinci günündə Ukrayna ilə sərhəddəki üç bölgədə “antiterror əməliyyatı”na başlayıb. Rusiya bu əməliyyatla ilk olaraq 76 min insanı “təhlükəsiz bölgələrə” təxliyə etməyi planlaşdırır. Digər tərəfdən, Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”da Ukraynanın hücumu ilə əlaqədar sərhəddən 50 kilometrdən az məsafədə yerləşən atom elektrik stansiyalarının fəaliyyətini dayandırıb. “Rosatom”un verdiyi bəyanatda belə deyilir: “Ukrayna ordusunun irəliləməsi, Rusiyanın qərbində yerləşən Kursk Atom Elektrik Stansiyasına birbaşa təhlükə yaradır”. Onu da qeyd edək ki, müharibə bölgələrindəki atom elektrik stansiyaları kifayət qədər risk təşkil edir. Belə ki, qısa müddət öncə Rusiyanın işğalı altında olan Zaporojya Atom Elektrik Stansiyasında yanğın baş verib. Rəsmilər heç bir radiasiya sızıntısı aşkar etmədiklərini bildirərək, yanğına görə Ukrayna ordusunun hücumlarını günahlandırıb. Dərhal sonra Rusiya rəsmiləri yanğının söndürüldüyünü bildirib.Beynəlxalq Atom Enerjisi Agentliyi isə deyib ki, stansiyadakı müfəttişləri yanğın tüstüsünün qalxdığını təsdiqləyiblər, lakin onlar radiasiya sızması barədə heç nə deməyiblər. Ukrayna prezidenti Zelenski isə yanğının Rusiya tərəfindən törədildiyini iddia edib. Qeyd edək ki, obyekt 2022-ci ildən Rusiya qoşunlarının və hakimiyyət orqanlarının nəzarəti altındadır. Zaporojya Atom Elektrik Stansiyası iki ildən artıqdır ki, elektrik enerjisi istehsal etmir və aprel ayından altı reaktorun hamısı bağlanıb.Müharibənin şiddətinə gəldikdə isə Rusiya tərəfinin verdiyi reaksiyalara baxsaq, çərşənbə axşamı Ukrayna ordusunun sərhədi keçərək Kursk bölgəsinə qədər bir neçə kilometr irəliləməyə nail olduğunu deyə bilərik. Ukrayna tərəfinin əks-hücumuna qarşı Rusiya hakimiyyəti şənbə gününə keçən gecə Ukrayna sərhədindəki Belqorod, Bryansk və Kursk vilayətlərində hərbi əməliyyatlar başladıb.Rusiya tərəfinin həyata keçirə biləcək tədbirlər isə hərəkətin məhdudlaşdırılması, nəqliyyat vasitələrinin ələ keçirilməsi, telefon danışıqlarının monitorinqi, qadağan olunmuş ərazilərin elan edilməsi, nəzarət-buraxılış məntəqələri və strateji infrastruktur ərazilərində təhlükəsizliyin artırılması daxildir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər