PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib"
Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib ki, tədbirin postsovet məkanında ilk dəfə keçirilir: "Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq".Bəli, bu reallıqdır ki, 44 günlük qələbədən ötən 4 ilə yaxın müddətində ölkəmiz bundan əvvəl və bu gün beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrildi. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmir. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir.Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də məhz tarixi hadisə olmaqla yanaşı, həm də ölkəmizin böyük etimad və hörmət sahibi olduğunu sübut edir. Azərbaycan bu beynəlxalq hörmətə məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində nail olub.Prezident İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi: "Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı".Azərbaycan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib"."Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub", - Prezident İlham Əliyev xatırladıb.
"DÜŞÜNÜRÜK Kİ, KİÇİK ADA DÖVLƏTLƏRİNƏ YARDIM BİZİM ÜÇÜN MƏNƏVİ BORCDUR"
"Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur" deyən və onlara dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edildiyini vurğulayan Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bir daha bu məsələni gündəmə gətirib.Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışmaqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və "Commonwealth" təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını da bildirib.Dövlətimizin başçısı, həmçinin Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini bir daha diqqətə çatdırıb.Dövlət başçısı onu da vurğulayıb ki, iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli Bakının COP29-a sədrliyinin əsas prioritetləri arasındadır. COP çərçivəsində Bakıda İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi də planlaşdırılır.Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirir ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq. Məlumdur ki, iqlim dəyişikliyinin fəsadları bütün dünya üçün ciddi narahatlıq yaradır. Ona görə də bu problemin həlli qlobal səylər və həmrəylik tələb edir. Azərbaycan qlobal məsuliyyətini yüksək şəkildə dərk edən ölkə olaraq indiyə kimi atdığı bütün addımlar uğurlu olub və öz məqsədinə çatıb. Şübhəsiz ki, ölkəmiz yaşıl enerjiyə keçid istiqamətində də uğurlara imza atıb, ənənəvi enerji istehsalçıları və istehlakçıları üçün nümunəyə çevrilə biləcək..
"BİZİM MÜSTƏQİL SİYASƏTİMİZ, PRİNSİPİAL MÖVQEYİMİZ, BEYNƏLXALQ HÜQUQA BAĞLILIĞIMIZ, SƏDAQƏTİMİZ VƏ EYNİ ZAMANDA, ÖLKƏ ƏRAZİSİNDƏ SUVERENLİYİN BƏRPA EDİLMƏSİ BİZƏ OLAN HÖRMƏTİ DAHA DA ARTIRDI"
"Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir". Bu fikri Prezident İlham Əliyev keçirilən müşavirədə deyib.Bəzi Qərb ölkələrinin, ənənəvi olaraq da Fransanın bununla barışmaq fikrində olmadığını qeyd edən dövlətimizin başçısı bildirib: "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar".Azərbaycan Prezidenti onu da vurğulayıb ki, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
COP29-A EV SAHİBLİYİ ÜÇÜN SEÇİLMƏSİ AZƏRBAYCAN PREZİDENTİNİN BEYNƏLXALQ ALƏMDƏ GETDİKCƏ ARTAN NÜFUZUNUN NÖVBƏTİ GÖSTƏRİCİSİDİR
Bu, 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına dördillik sədrliyimizdən və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına ikiliik qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirilməlidir.Prezident İlham Əliyev bütün çıxışlarında olduğu kimi, "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında da bildirib ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun: "İnkişaf etməkdə olan ölkələrə dəstək göstərilməlidir. Biz inkişaf etməkdə olan kiçik ada ölkələri üçün fond yaratdıq. Biz hər bir inkişaf edən, inkişaf etməkdə olan ölkə ilə bağlı fond yarada bilmərik. Bizim o qədər pulumuz yoxdur".Bu işdə həmrəyliyin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı vurğulayıb: "Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun". Buna görə bu ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu bildirən Azərbaycan Prezidenti qeyd edib: "Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail olacağıq, ancaq onlara çox yaxınlaşacağıq".
"BÜTÜN ÖLKƏLƏRİ PLANETİMİZİ XİLAS ETMƏK NAMİNƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRIRAM!"
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq. Bundan əlavə, həmin dövlətlərin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.Məlumdur ki, Bakıda COP29 "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə keçiriləcək. Prezident İlham Əliyev konfrans iştirakçılarına məktubunda "Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram"- deyə müraciət edib. Bu məqsədə çatmaq üçünsə dünya ictimaiyyətinin siyasi iradəsi və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır. Qlobal problemlərin həllinə beynəlxalq birliyin fəal əməkdaşlığı sayəsində nail olmaq mümkündür.Onu da qeyd edək ki, Prezident İlham Əliyev bir sıra məsələlərdən söz açmaqla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də ətraflı məlumat verib. COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans kimi dəyərləndirən Prezident İlham Əliyev belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini vurğulayaraq bildirib ki, bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq: "Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik".Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: "Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: "nəyə lazımdır", "qoyun rahat yaşayaq?", "yenə tədbir olacaq, yenə qonaq gələcək". Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir".Qeyd edək ki, Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Dövlətimizin başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib.Bəli, bu gün Azərbaycan dövlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.Beləliklə də, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir".Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək.Beləliklə də, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır".
RƏFİQƏ KAMALQIZI