PDF Oxu

Araşdırma

  • 3 564

Xalqımızı ləyaqətlə təmsil edənlər - ŞƏRH

image

“Azərbaycan dünyada idman ölkəsi kimi də tanınır. Əlbəttə, bu, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul və onları qələbələr münasibətilə təbrik etməsi ənənənin davamı kimi qəbul edilməlidir”. Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Siyasi analitik qeyd edib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutur: “Dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsi sırasındadır - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Onu da qeyd edək ki, idman sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Bu gün isə, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır”.

Digər xəbərlər