PDF Oxu

Araşdırma

  • 3 701

Cənubi Qafqaz uğrunda təzyiqlər, yaxud MƏNASIZ CƏHDLƏR - TƏHLİL

image

ABŞ və Avropa Birliyi Cənubi Qafqaza mövqe əldə etməyin qətiyyən mümkün olmayacağından indi daha çox narahatdır. Hətta Ermənistan üzərindən belə nəyə isə nail ola bilməyəcəyini Qərb tam dəqiqliyi ilə anlamağa başlayıb və məhz çaşqınlıq içərisində olması da bu baxımdan anlaşılandır. Görünür, elə bütün bunlara görə də Qərb siyasi dairələri yenə də rəsmi Bakı ilə razılaşmaq yolunu deyil, sərt təzyiqə əl atmaq yolunu seçiblər, amma başa düşə bilmirlər ki, Azərbaycana hansısa bir şəkildə, ələlxüsus da təzyiq vasitəsi ilə təsir etmək mümkün deyil, cəhdlərinin də heç bir mənası yoxdur.
Region uğrunda Rusiyaya təsir etmək cəhdi kimi, Azərbaycana təzyiq cəhdi də fiasko deməkdir

Qərbin məhz Cənubi Qafqazda geosiyasi maraqlarının olduğu dəfələrlə öz təsdiqini tapıb və artıq aydın şəkildə görünür ki, ABŞ və Avropa Birliyi regionda mövqe əldə etmək üçün hər vasitəyə əl atmaqdadır. Çox güman ki, Rusiyanı müharibəyə sürükləmək özü də Qərb dairələrinin planlarının bir hissəsi olub. Ukrayna ilə müharibəyə vadar edilən Rusiyanın “başını savaşa qarışdırmaqla” Cənubi Qafqazdakı mövqelərini əlindən verəcəyinə böyük ümidlər bəslənildiyi çoxdan bəlli idi. Bəlli idi ki, Qərb rusları ukraynalılara qarşı qoymaqla, onların diqqətini yayındırmağa, bununla da Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışıb və Ukyayna müharibəsi ilə bağlı bir istəyi də məhz bundan ibarət olub. Sözsüz ki, istəyinə nə dərəcədə nail olduğu, daha doğrusu, nail ola bilmədiyi göz önündədir. Ola bilsin ki, rusların ermənilərlə münasibətlərinin gərginləşməsi fonunda ilk vaxtlar amerikalılar və avropalılar istəklərinin hasil olduğunu zənn ediblər, amma sonra bərk yanıldıqlarını da anlayıblar. Anlayıblar ki, ruslarla ermənilərin münasibətlərinin əvvəlki kimi, sovetlər dönəmində olduğu kimi olmaması heç də Rusiyanın regiondan uzaqlaşması demək deyil. Başa düşüblər ki, ruslar ermənilərə nə qədər nifrət etsələr belə, zərb məsəldə deyildiyi kimi, “bitə görə köynək yandırmaq” niyyətində olmayıblar və regionu hansısa qaraçı, köçəri, xəyanətkar hay tayfasına görə itirməyi qəbul belə edən deyillər. Həqiqətən bu belədir və Kreml istənilən halda İrəvanın səhvlərinə, yanlışlıqlarına görə bölgədən əl çəkən, ələlxüsus da yerini Qərbə verən deyil.Ruslar çox yaxşı bilirlər ki, Cənubi Qafqaz regionundan uzaqlaşmaq, həmin regionu amerikalılara bağışlamaq deməkdir və bunu da Moskvanın qəbul etməsi qətiyyən mümkün deyil. Rəsmi Moskva birinci növbədə regionu ona görə nəzarətdən buraxmaq istəmir ki, oraya amerikalılar, Qərb oyunçuları girə bilməsinlər. Amerikalılar da yaxşı bilirlər ki, rusların Ermənistanı “çalxalamaq” üçün kifayət qədər rıçaqları var. Bilirlər ki, İrəvanı alt-üst etmək Kreml üçün qətiyyən çətin deyil və burunlarını soxduqları təqdirdə Ermənistan da qarışacaq, burunları da bərk əzişdiriləcək. Ona görə də Cənubi Qafqaz məsələsində Rusiyanı ən önəmli faktor olaraq qəbul etməkdədirlər və əllərini digər oyunlardan üzdüklərinə görə yenə də rəsmi Bakını hədəf olaraq seçiblər, təzyiq variantını gündəmə gətiriblər ki, bəlkə bununla nəyə isə nail ola bilələr. Amma bu taktikanı seçməkdə də bərk yanıldıqlarını öncədən başa düşməli idilər və bilməli idilər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq nə isə vəd etmir. Ən azından 44 günlük müharibə dönəmində rəsmi Bakının heç nəyə məhəl qoymadan, heç bir təzyiq və təhdidləri nəzərə belə almadan milli və dövlət maraqlarını üstün tutduğunu xatırlamaları yetərli idi ki, Azərbaycanla hansısa hədə, təhdid, təzyiq dili ilə danışmağın mənasız olduğunu anlasınlar. Bir sözlə, Rusiya ilə bağlı planlarının yanlış olduğunu anladıqları kimi, məhz Azərbaycanla bağlı da düşündüklərinin yanlışlıq olduğunu bilməli idilər. Daha dəqiq desək, region uğrunda Rusiyaya təsir etmək cəhdi kimi, Azərbaycana təzyiq cəhdi də fiasko deməkdir.
Azərbaycanla əlaqələrin, əməkdaşlıqların daha da yaxşılaşdırılmasına olan marağın həzm olunmaması anlaşılandır
Doğrudur, ruslar daha ermənilərin “ipinin üstünə yük qoymaq” niyyətində, fikrində deyillər və onları kifayət qədər özlərindən uzaqlaşdırmaları fonunda regiondakı proseslərdə iştirak etməkdən məhrum olmalarından ehtiyat edirlər. Cənubi Qafqaz ilə birbaşa bağlantısının qalması üçün Azərbaycanla strateji tərəfdaşlığa Kremlin can atması bu baxımdan anlaşılandır. Yəni, məğlub Ermənistanla deyil, məhz qalib Azərbaycanla, regionda söz sahibi olan ölkə ilə əməkdaşlıqda maraqlı olmlarını başa düşmək üçün böyük ağıl sahibi olmaq lazım deyil. Ələlxüsus da, Cənubi Qafqazın şəriksiz geopolitik sahibinin məhz Azərbaycan olduğunu rəsmi Moskvanın qəbul etməsi fonunda Rusiyanın Azərbaycanla əlaqələri, əməkdaşlıqları daha da yaxşılaşdırmaq istəkləri və cəhdləri tamamilə məntiqidir. Əlbəttə ki, bunu nə Ermənistan tərəfinin, nə də Qərbin həzm edə bilməməsini başa düşmək də çətin deyil.Əvvəla, Rusiyanın Azərbaycanla daha yaxın münasibətlər qurmağa can atmasını İrəvan hər addımda ona görə qısqanclıqla qarşılayır ki, marginallaşmış, küncə qısılmış vəziyyətdə qalmaqda davam edəcəklərinin ermənilər fərqindədirlər. Qərb isə ona görə narahat olur ki, Rusiya və Azərbaycan olmaqla, iki qonşu ölkənin münasibətlərinin daha da yaxşılaşması fonunda Cənubi Qafqaza burun soxa bilməyəcəyini başa düşür. Onu da başa düşür ki, Cənubi Qafqazın şəriksiz geopolitik sahibi olan Azərbaycan günü-gündən inkişaf etdikcə, qonşu ölkələr, eləcə də dünya ölkələrinin əksəriyyəti rəsmi Bakı ilə daha da yaxşı münasibətlər qurmaqda davam etdikcə, Qərbin regiona soxulmaq şansı tamamilə sıfıra yaxınlaşır. Qısa şəkildə desək, Qərb artıq fərqindədir ki, Azərbaycanın regional mövqeləri maksimum həddə qədər güclənməkdədir və bu onların Cənubi Qafqazda özlərinə yer etmələrinə mane olur. Bu baxımdan da Azərbaycanın işlərinə burun soxmaq, aranı qarışdırmaq, müxtəlif bəhanələrlə müdaxilə etmək, hətta təzyiq etmək, təsir etmək kimi niyyətləri tamamilə anlaşılandır. Anlaşılmayan isə ABŞ kimi o yekəlikdə dövlətin, eləcə də Avropa Birliyinin bunun mənasız və nəticəsiz olmasını dərk etməməsi, gələcəkdə də, yenə də uğursuzluqla qarşılaşacaqlarını anlamamasıdır.
Erməni faktorundan əli üzülən Qərbin və Avropa Birliyinin təzyiq və təhdid yolu ilə nə isə əldə etmək cəhdi mənasızdır
Yaxşı bilirik ki, onillər boyunca erməni terrorundan, işğal faktının davam etməsindən istifadə edərək ABŞ, eləcə də Avropa Birliyi münaqişənin həllini bəhanə etməklə regiona burun soxub və hətta bölgəni qızışdırmaq üçün Ermənistana silah-sursat belə göndərmək şansını əlindən qaçırmayıb. İşğalçı ölkəyə hərbi dəstək verməklə, eləcə də maddi yardımlar ayırmaqla, terrorçuları həvəsləndirən Qərb, Avropa Birliyi regionda qarışıqlıq salmaq üçün əlindən gələni əsirgəməyib. Hələ də əsirgəmir. Çünki bulanıq suda balıq tutmaq niyyəti ilə yanaşır və sabitlik, stabillik qətiyyən nə Qərb dairələrinin, nə də Avropa Birliyinin belə görünür ki, maraq dairəsində olmayıb. Erməni faktoru isə hər zaman alət olaraq nəzərdə tutulub. Məsələ burasındadır ki, Azərbaycan 44 günlük müharibə ilə, eləcə də anti-terror tədbirləri ilə təkcə torpaqlarını işğaldan və işğalçılardan azad etmədi, eyni zamanda, həmin faktoru da aradan qaldırdı. Azərbaycan Ordusu ərazilərimizi silahlı erməni terror dəstələrindən, erməni separatçılarından təmizləməklə, Ermənistanı rüsvayçı məğlub duruma salmaqla, rəsmi İrəvanı kapitulyasiya sənədinə, təslimçilik aktına imza atmaq məcburiyyəti qarşısında qoymaqla, Amerikanın, Qərbin, Avropa Birliyinin məkrli planlarını pozdu. Artıq erməni faktoru Qərb üçün də, Avropa Birliyi üçün də əvvəlki kimi nəticə verəcək hesab olunmur. Deməli, rəsmi Bakı üçün nəzərdə tutulan təzyiq və təhdidlərin nəyə görə indi ortaya çıxması bu baxımdan tam şəkildə bəlli olur. Bəlli olur ki, erməni faktorundan əli üzülən Qərb və Avropa Birliyi Azərbaycana qarşı təzyiq və təhdid yolu ilə nə isə əldə etməyə çalışır. Amma rəsmi Bakının hansı həddə hazırlıqlı, ölkəmizin nə dərəcədə güclü və qüdrətli olması deyəsən nəzərə alınmır. Əks halda, Qərb də, elə Avropa Birliyi də hesabını çoxdan, gərək lap vaxtında qanardı. Amma görünür, bunu qandırmaq gərəkirmiş. Qandırmaq gərəkirmiş ki, həqiqətən də erməni faktorundan əli üzülən Qərbin və Avropa Birliyinin təzyiq və təhdid yolu ilə nə isə əldə etmək cəhdi mənasızdır...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər