PDF Oxu

Araşdırma

  • 2 650

Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı – ŞƏRH EDİLDİ

image

“Qarabağın döyünən ürəyi Şuşadan işğalçı ordunun qovulmasından düz 4 il keçir. 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni müqəddəs torpağımızdan vurub çıxardı. Milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın şərəfli tarixinə həm də Zəfər Günü kimi yazıldı. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı”. Bunu SİA-ya açıqlamasında Milli Məclidin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının abidələrini apardı: “Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir. Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı ilə Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı”.

Digər xəbərlər