Dünya siyasi arenasında hər kəsin, o cümlədən hökumət və dövlət başçılarının qəbul etdiyi və dilə gətirdikləri reallıq ondan ibarətdir ki, Azərbaycan nəinki regionun, ümumilikdə Avropa məkanın əsas aparıcı dövlətlərindəndir. Məhz bu uğurlarına görə Azərbaycan hər bir beynəlxalq tədbirin, konfransların əsas iştirakçılarından olur. Qəzzaya dair “Sülh şurasın” da Azərbaycanın öncül sırada yer alması buna missal ola bilər. Təbii ki, qazanılan qələbələrin tək memarı Qarabağ Fatehi, Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev paralaq hərbi qələbədən sonra regionun yeni sülh gündəliyini yazmaqla bir daha dünya ictimaiyyətinə Azərbaycanın həm də sülhpərvər, xeyirxah və humanist bir dövlət olduğunu nümayiş etdirdi. Bunun nəticəsi olaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olundu. Bu yüksək mükafat dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaratdı. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi Azərbaycanın və onun Liderinin dünyada artan nüfuzunun növbəti nümunəsidir. Azərbaycan Prezidentinin bu nüfuzlu mükafat layiq görülməsi ölkmizə olan yüksək dəyərin, Prezident İlham Əliyevin sülhə, insan qardaşlığına verdiyi misilsiz töhfələrinin nümunəsidir. Nəzərə almaq lazımdır ki, nüfuzlu beynəlxalq mükafat Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti, Şeyx Zayed bin Sultan Al Nahyanın xatirəsinə təsis olunub.Bu nüfuzlu mükafatın əsas məqsədi qlobal sülh və insan qardaşlığını təşviq etmək, ayrı-seçkilik, nifrət və radikalizmə qarşı çıxmaq, humanitar təşəbbüslər və dialoq layihələrini dəstəkləməkdir. O fikri də vurğulamaq lazımdır ki, dünyada sülhü, əminamanlığ elm, mədəniyyət, insanların bir-birinə yaxınlaşması, hörmət göstərməsi təmin edəcək.
Azərbaycan xalqı elmlidir və mədəni biliklərə malikdir
Bu gün Azərbaycan xalqı bəşəriyyətdə sülhün və təhlükəsizliyin təmin olunması üçün elmlidir və mədəni biliklərə malikdir, həm də insanlığın təhlükəsiz yaşaması üçün əlindən gələni əsirgəmir. Ümumiyyətlə fakt ondan ibarətdir ki, böyük mütəfəkkirlərin, dahi şəxsiyyətlərin yetişdirdiyi Azərbaycan tarixən dünyada sülhə və təhlükəsizliyə də böyük tövhələr verib. Tarixin elə bir dövrü olmayıb ki, o zaman Azərbaycanla hesablaşan, xalqının tələblərini yerinə yetirən dövlət və ya hansısa mərkəz olmasın. 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr formalaşmışdır. Qədim tarixə malik və şimaldan - Baş Qafqaz dağları, Dərbənd, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Urmiyyə gölü və Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan Azərbaycan dünya sivilizasiyasına özünəməxsus adət-ənənəsini, mədəniyyətini, dövlətçilik prinsiplərini təqdim edə bilib. Bu ərazilərdə 300-400 min il əvvəl ilk insanın Azıx mağarasında tapılması Azərbaycanın qədim insan məskəninə malik olan dövlət olduğunu göstərir. Bu ərazilərdə ən qədim dövlətlər – Manna, İskit şahlığı, Atropotena, Qafqaz Albaniyası, Salarilər, Rəvvadilər, Səfəvilər, Şirvanşahlar və bu kimi digər bütün dünyaya hökm etməyə qadir dövlətlərin olması bugünkü Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik dövlət olduğunu təsdiqləyir. Tarixdə Azərbaycanın tələffüzü müxtəlif formalarda qeyd olunmuşdur. Təsdiq olunmuş məlumatlarda Azərbaycanın adı Andirpatian, Atropatena, Odlar Yurdu, Adirbican və Azirbican şəklində çəkilmişdir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində ölkəmizin ərazisinin ilk insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azıx, Kiş, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında aşkar olunan arxeoloji tapıntılar Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.
Azərbaycan dövlətçilik tarixini böyük qürurla və şərəflə yaşadır
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Birmənalı mövqe ondan ibarətdir ki, böyük millətimiz 5 min illik dövlətçilik tarixini böyük qürurla və şərəflə yaşadır. Əldə qələbələr, möhtəşəm uğurlar xalqımızın adını yüksəklərə ucaldıb, nüfuzunu artırıb. Dünya xalqları Azərbaycanın qazandığı zəfərləri heyranlıqla izləyir. Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 konfransına ev sahibliyi etməsi və digər bu kimi siyasi, iqtisadi, beynəlxalq uğurları Azərbaycanın dünyanın həm də aparıcı dövlətlərindən olduğunu təsdiqləyir. 44 günlük parlaq hərbi, siyasi, diplomatiq qələbədən sonra Azərbaycanın dünya miqyasında daha da artdı, seçilən və hörmət göstərilən dövlətə çevrildi. Yaxın vaxtlarda isə sülh gündəliyinin əsas müaəllifi olan Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olmaqla daha bir tarix yazacaq. Artıq dəhlizin açılması ilə bağlı demək olar ki, bütün texniki məslələr həll olunub. Yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsinin qurulmasına nail oluncaq. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə regionun dahada inkişafına xidmət edən iqtisadi əlaqələr qurulacaq. Əsasən regionun lider dövləti Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayacaq. Bununla bir daha Prezident İlham Əliyevin müdirik lider, dahi şəxsiyyət olduğu təsdiqlənəcək. Bir daha aydın olacaq ki, məhz Prezident İlham Əliyevin ideya müəllifliyi ilə açılan Zəngəzur dəhlizi xalqlara iqtisadi-sosial rifah, dövlətlərə inkişaf gətirir.
İLHAM ƏLİYEV