PDF Oxu

Araşdırma

  • 1 499

Strateji tərəfdaşlığın və qarşılıqlı etimadın təzahürü FOTOLAR

image

20 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatının Suvarma Sistemləri İdarəsi (SSİ) ərazi partiya təşkilatında partiya üzvlərinin iştirakı ilə Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri ilə əlaqədar “Strateji tərəfdaşlığın və qarşılıqlı etimadın təzahürü” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan SSİ-nin rəisi Məmməd Məmmədov qeyd edib ki. Azərbaycanın diplomatik uğurları ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. Dövlət başçısının xarici səfərləri və keçirilən görüşlər Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin coğrafiyasını daha da genişləndirir.

Dəyirmi masada çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmiz müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri quraraq siyasi dialoqu və iqtisadi tərəfdaşlığı genişləndirir. Dövlət başçısının fevralın 15-də Serbiya Respublikasına səfəri də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilib və iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə təkan verdiyi vurğulanıb.

G.Bayramov qeyd edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır, qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənir. Ölkəmiz bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri quraraq beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirir, regional və qlobal məsələlərin həllinə töhfə verir.

Daha sonra çıxış edən partiya fəalları Ramin Bayramov, Asim Nəsibov, Süleyman Cəfərov bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və güclü tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Digər xəbərlər