PDF Oxu

Araşdırma

  • 7

Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb

Mətbuatımızın inkişafı üçün hər cür şərait yaradılıb

Bir neçə gün sonra Azərbaycan mətbuatının yaradılmasının ildönümü olacaq. Əsası "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı bu gün dövlətin diqqət və qayğısı əhatəsindədir. Əminliklə deyə bilərik ki, son illər mətbuatımız öz inkişaf dövrünü yaşayır. Mətbuatın inkişafında əldə edilən uğurları KİV nümayəndələri necə dəyərləndirirlər? Bu və digər suallarla "Paritet" və "Bakı Xəbər" qəzetinin baş redaktorlarına müraciət etdik.

Cəmallədin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:

-Azərbaycan mətbuatı dünya mətbuatının ən öndə gedən mətbuatı olmasa da, ondan geridə qalan mətbuat da deyil. Yəni bizim mətbuat orta səviyyədə inkişaf edən mətbuatdır. Keçmiş tariximizdə Azərbaycan mətbuatına bir o qədər də diqqət yertirilmirdi, lakin biz müstəqillik əldə etdikdən sonra Azərbaycan mətbuatına daha çox diqqət yetirilir və mətbuatımızda bir sıra irəliləyişlər əldə olundu. Bu irəliləyişlər ondan ibarətdir ki, KİV-lərə dövlət tərəfindən maliyyə yardımları ayrılır və onlarla daha çox maraqlanır.
Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan mətbuatının daha yaxşı inkişaf etməsinə şərait yaradacaq. Yəni bu fondun yaradılması mətbuatın inkişafına daha çox müsbət təsir göstərəcək: istər maddi istərsə də mənəvi cəhətdən. Prezident İlham Əliyev də Azərbaycan mətbuatının daha yaxşı inkişaf etməsi üçün hər cür şərait yaradıb.

Aydın Quliyev, "Bakı Xəbər" qəzetinin baş redaktoru:

- Fikirimcə, mətbuatın indiki vəziyyəti inkişafa yönəlmiş bir formadadır. Yəni, mətbuatımızın yaxşı inkişaf etməsi üçün Prezident əlindən gələni edib. Bu gün mətbuatımızda bəzi xırda problemlər var. Xüsusi ilə də mətbuatın inkişafını tənzimləyən qanunvericilik aktlarında bəzi dəyişikliklərin edilməsi lazımdır.
Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və müəyyən qədər büdcə vəsaitinin mətbuata yönəldilməsi çox əhəmiyyətlidir. Çünki müəyyən qədər də olsa, bu mətbuatın maddi problemlərinin həllinə dəstək verəcək. Digər bir tərəfdən isə, nəzərə alsaq ki, bəzi mətbuat orqanları bu büdcə vəsaitlərindən yararlana bilən deyirlər, çünki bəzi pirinsiplərə görə müəyyən mətbuat orqanları bu prosesdən kənarda qalacaq və bu, belə də olmalıdır .
Mətbuata Dövlət Dəstəyi Fondunun yaradılması bir neçə istiqamətdə mətbuatın inkişafına dəstək verəcək. Birincisi, ilkin təcrübədir və bunun davamı olacaq. İkincisi, müəyyən qədər maddi vəsait qəzetlərin vəziyyətini xeyli yaxşılaşdıracaq. Üçüncüsü isə həmin vəsaitlərdən istifadə edilməsi məsələsində qəzetlər arasında yaxşı mənada mütərəqqi rəqabət başlayacaq. Bu da, bizim işimizin xeyrinədir.

Digər xəbərlər