Köşə

  • 3 776

Qlobal demonkratiya: “Telegram”a qarşı hüquqi terror – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Dünyada hər hansı dövlətdən asılı olmayan yeganə müstəqil sosial şəbəkə olan “Telegram”ın təsisçisi Pavel Durovun avqustun 25-də Bakıdan Fransaya uçarkən Parisin Le-Burje hava limanında həbs edilməsi beynəlxalq miqyasda qalmaqala və etirazlara səbəb olub.

İndiyədək, Paveli heç bir cinayətdə və qanun pozuntusunda günahkar göstərə bilməyiblər, ona heç bir ittiham irəli sürə bilməyiblər. Gülməlidir ki, o, həbs olunmazdan bir neçə dəqiqə əvvəl axtarışa verilib. Əvvəldən belə məsələ olsaydı, Durova məlumat çata bilər və o, Parisə uçmaqdan imtina edə bilərdi.

Fransa hüquq orqanları ona qarşı 10-dan artıq ağır ittiham (terrorizm, pedofiliya, sənədlərin saxtalaşdırılması, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi və s.) irəli sürüb. Bunlar o qədər gülünc ittihamlardır ki, bütün dünyadan adamlar bunları lağa qoyur.

Pavel Valeryeviç Durov 1984-cü ildə Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. “VKontakte” və “Telegram” sosial şəbəkələrinin yaradıcısıdır. 15 milyard dollar sərvəti ilə “Forbes”in milyarderlər siyahısındadır (120-ci yer). Onun sərvəti əsasən “Telegram”a sahib olması ilə bağlıdır. Pavel “Telegram”ı tam azad sosial şəbəkə və messencer sistemi kimi yaradıb və heç bir dövlətə, təşkilata, şirkətə tabe olmayacaq bir sistem qurub. Bu şəbəkə qısa müddətdə populyarlaşandan sonra fövqəldövlətlər tərəfindən ona nəzarət cəhdləri baş verib.

2014-cü ilin aprelində Pavel Durov bildirdi ki, 4 ay qabaq FSB "Yevromaydan" adlı “Telegram” qrupunun təşkilatçıları haqda informasiyanı onlara verməsini tələb edib, o isə bu tələbi rədd edib. Bir müddət sonra Durov Rusiyadan emiqrasiya edib. 2015-ci ildən Sent-Kits və Nevs Federasiyasının, 2017-ci ildən isə həm də BƏƏ-nin və Fransanın vətəndaşıdır. 2017-ci ildən daimi olaraq Dubayda yaşayır və “Telegram” şirkətinin baş ofisi də orada yerləşir.

Pavelə qarşı ən böyük təzyiqlər və təkliflər isə ABŞ-dan gəlib. ABŞ bu sosial şəbəkə üzərində nəzarəti ələ almaq üçün ondan sistemin nəzarət kodlarını tələb edib. Pavel isə etiraz edib.

Ukraynada müharibə başlayandan sonra Durova qarşı təzyiqlər daha da artmağa başlayıb. ABŞ-ın məxfi xidmətləri hər vəchlə bu şəbəkəyə nəzarəti ələ keçirməyə çalışırdılar. Bu haqda Pavel özü də mediada açıq məlumat vermişdi.

Əslində, “Telegram”ı nəzarətinə keçirmək istəyən ABŞ dövləti deyil, əsasən ABŞ-da oturub bütün dünyaya hökm etməyə çalışan qlobalistlərdir. ABŞ faktiki olaraq dövlət deyil, şirkətlər qrupudur və özlərini Vahid Dünya Hökuməti adlandıran qlobal mafiya tərəfindən idarə edilir.

Analitik Asif Şəfəqqətov öz Feysbuk hesabında yazır: “Hamı Durovun niyə həbs edildiyini yaxşı bilir. “Telegram” qlobalistlər üçün böyük təhlükəyə çevrilmişdi. İnformasiya meydanında heç nə onların nəzarətindən kənarda qalmamalıdır. Planlaşdırılan növbəti pandemiyalar vaxtı da belə şəbəkə qlobalistlər üçün başağrısı ola bilər...

“Telegram” komandası bəyan edib ki, onlar Pavelin həbs edilməsini gözləyirdilər və bu hala qarşı fəaliyyət planları mövcuddur. Göründüyü kimi, "totalitar" ölkə adlandırdıqları Rusiyada Durov FSB-yə imtina edə bildi, lakin həbs edilmədi, amma "demokratik" ölkə olan Fransada gülməli ittihamlarla dərhal həbs edildi”.

Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, Qərbdə azad jurnalistləri, azad medianı sevmirlər. “Vikiliks”in təsisçisi Culian Pol Assancın nümunəsində dünya bunu növbəti dəfə görmüşdü.

Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam. Azadlığı üstün tutanları isə Qərbdə də həbs edirlər...”

Bəli, bütün dünyaya “demokratiya”, “söz azadlığı” kimi məvfumlar pərdəsi altında təzyiq edib, öz qlobal hakimiyyətlərini qurmağa çalışan qüvvələr nə söz azadlığını sevir, nə demokratiyanı.

Qərbdə formalaşmış və oradan bütün dünyaya hökmranlıq etməyə çalışan qlobalistlər özlərinə tabe olmayan dövlətləri, təşkilatları, şəxsləri, şirkətləri məhv etməyə və ya ələ keçirməyə çalışırlar.

Lakin heç də hamı satılmır. Pavel kimi prinsipal adamlar hələ də var və onlar ölüm qorxusu ilə belə öz prinsiplərindən geri çəkilmirlər. Bu gün dünyada yeganə azad sosial şəbəkə “Telegram”dır. Məhz bu səbəbdən onu ələ keçirməyə çalışırlar. Digər bütün şəbəkələr bu və ya digər şəkildə qlobal mafiyanın əlindədir və onların vasitəsilə bütün dünyanı izləmək, nəzarətdə saxlamaq, kütlələri idarə etmək, psixologiyalarını və mövqelərini formalaşdırmaq siyasəti yürüdürlər. Populyar sosisal şəbəkələr Qərbdəki dairələrin siyasətinə zidd olan materialları və onları paylaşanları bloklayır, bütün şəxsi və məxfi məlumatları oğurlayır, hər kəsi 24 saat nəzarətdə saxlayaraq izləyirlər.

Ümidvarıq ki, azad sosial medianın son qalası olan “Telegram” təslim olmayacaq, satılmayacaq və dünya informasiya məkanında həqiqətləri oradan izləyə biləcəyik.

Digər xəbərlər