Yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf etmiş, bəyan etmiş "Sülh və Demokratiya İnstitutu"nun ("SDİ") direktoru Leyla Yunusun ötən məhkəməsində rus dili tərcüməçilərindən imtina edərək, onların guya "tərcüməni mükəmməl etməmələri" ilə bağlı iddiasında bulunması, əslində sıradan bir məsələ deyil. Bu, ilk növbədə "SDİ" direktorunun məhkəməni hər vəchlə uzatması istəyindən doğan bir məsələdir. Ancaq daha bir məsələ də var ki, burada "tərcüməçi probleminin" olması Leyla Yunusun Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycan dövlətinə olan münasibətinin real baxışı, gerçək təzahürüdür. Qısacası desək, onun erməniçilik sevgisinin aşkar göstəricisidir.
Və mən burada Leyla Yunusun hələ Bakıda "Eurovision" musiqi yarışmasından öncə onun və uzun müddət cinayətkar əməllərinə görə İsveçrə səfirliyində gizlənmiş, sonradan isə həmin ölkəyə qaçmış "RATİ" rəhbəri Emin Hüseynovun, o cümlədən, radikal müxalifət mətbuatı təmsilçilərinin xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında "Yalnız söyüş söyəndə Azərbaycan dilində danışıram" bəyanatını elə-belə xatırlatmadım. Yəni Leyla Yunus dəfələrlə özü də etiraf edib ki, Azərbaycan dilində yalnız söyməyi bacarır. Biz bunu hər yerdə görmüşük. Məsələn, Dohaya (oradan isə Qərbə) uçmaq, ya da qaçmaq istəyərkən saxlanılan zaman və növbəti gün onun polislərə qarşı davranışı, söyüşləri, təhqirləri bunu bir daha sübut edir. Beləliklə də yuxarıdakı fikir - onun bunu bu vasitəylə məhkəmə prosesini ləngitmək, süni problemlər yaradaraq yerli və xarici ictimaiyyətin diqqətini məhkəməyə cəlb etmək istəməsi cəhdi təsdiqedici faktdır.
Faktlar qarşısında aciz qalan Yunus məhkəməni şouya çevirməklə diqqəti ittihamdan, faktlardan yayındırmaq niyyəti güdür. Ona görə də bu dəfə rus dilini məhkəmədəki tərcümçilərdən daha yaxşı bildiyini iddia edən Leyla Yunus artistlik məharətindən lazımınca istifadə edir.
Amma bu gün bəlkə də bilənlər çox azdır ki, Leyla Yunus nəninki rus dilini, eləcə də aşnaları olduğu erməni qardaş və bacılarının ordan-burdan oğurlanmış və ümumiləşdirilərək fonetikləşdirilmiş "dillərini" də yaxşı bilir. Leyla Yunusun Ermənistan sərgüzəştləri vaxtı Yerevanın otel və restoranlarında keçirdiyi gizli görüşlərində onun rus dili ilə yanaşı, həm də erməni dilində bülbül kimi ötməsi barədə faktlar hər an ortaya çıxa bilər! Yəni lazımi məqamda, lazımi yerdə bir də görəcəyik ki, buyur! Leyla Yunus erməni dilini tum kimi çırtlayır. Ancaq tumun zibili çox olduğu kimi, onun tum kimi çırtladığı erməni dili də onun zibillərini ortaya çıxaracaq. Hər halda ya tum zibili olsun, ya da erməni zibili, ikisi də eyni zibildir. Necə ki, Leyla Yunus artıq çoxdan zibil olduğunu özü də etiraf edir. Bir halda ki, Azərbaycan dilini söyüş dili kimi istifadə edirsə, ona bundan artıq titul vermək olmaz…