Müslüm Maqomayevin həyat yoldaşı 80 illik yubileyini qeyd edir
Bu günlərdə Sovet və rus opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycanın xalq artisti, Müslüm Maqomayevin sadiq ömür-gün yoldaşı Tamara Sinyavskayanın 80 illik yubileyi qeyd olunub.
Möhtəşəm mezzo-soprano sahibi öz adını opera sənəti tarixinə əbədi həkk edib. Bu gün Tamara Sinyavskaya aktiv həyat tərzi sürür: o, Rusiya Teatr İncəsənəti İnstitutunda (QİTİS) vokal sənəti kafedrasına və Müslüm Maqomayev adına Mədəni-Musiqi İrs Fonduna rəhbərlik edir. Dünya miqyasında tanınan, lakin hələ də Müslümlə taleyüklü görüşünü həyatında ən mühüm hadisə hesab edən Tamara Sinyavskaya əbədi olaraq böyük sənətkarın taleyində əsas qadın olaraq qaldı. Özü də etiraf edir ki, ərini və Azərbaycanı bir dəqiqə belə unutmur. Və Maqomayevin vətənində Tamara Sinyavskayanı da xatırlayırlar, sevirlər və hörmət edirlər. Opera müğənnisinə yubiley münasibətilə təkcə Rusiyadan deyil, həm də sevimli Azərbaycandan təbriklər gəlib.
Bu il Tamara Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Müvafiq sərəncamı iyulun 6-da, onun ad günündə Prezident İlham Əliyev imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Tamara İlyiniçna prezident mükafatı ilə əlaqədar öz təəssüratlarını bölüşüb.
- Məni Azərbaycanda xatırlamalarına son dərəcə şadam. Və təbii ki, başa düşürəm ki, bu, ilk növbədə, Müslümün böyük məziyyətidir. Azərbaycanla əlaqəm kəsilmir. Sizə deməliyəm ki, ad günümdə birinci vitse-prezident, sevimli Mehriban xanım Əliyevadan inanılmaz təbrik aldım. O, mənə elə sözlər yazıb ki, ürəyim ağrıdı. Axı o, çox səmimi insandır və üstəlik, biz bir-birimizi çoxdan tanıyırıq. İlham Heydəroviçə, Mehriban Əliyevaya və əlbəttə ki, unudulmaz Heydər Əliyeviçə və onun həyat yoldaşı Zərifə Əzizovnaya böyük hörmət və dərin minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, sizə etiraf etməliyəm ki, mən Müslümü və sevimli Azərbaycanımı bir dəqiqə belə unutmuram.
Elçin
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib