PDF Oxu

Mədəniyyət

  • 4 910

Musiqili Teatrın kollektivi Heydər Əliyevə böyük hörmət nümayiş etdirdi

image

Musiqili Teatrın möhtəşəm bağlanış mərasimi anşlaqla keçdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 113-cü mövsümü başa çatdı. Bağlanış mərasimində Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası nümayiş olunub. Teatrın solistlərinin peşəkar ifaları, xor və rəqs qruplarının performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, İbrahim Əlizadə, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.

Tamaşa anşlaqla bitib, tamaşaçılar bədii kompozisiyaya böyük maraq göstərib, tamaşa bitdikdən sonra gurultulu alqışlar teatr kollektivini uzun müddət səhnədə saxlayıb. Solistlər tamaşaçılara böyük diqqət və dəstəklərinə görə təşəkkür ediblər.

Xatırladaq ki, bu tamaşa ilə Musiqili Teatrın yaradıcı heyəti Gəncə və Şəki şəhərlərində də qastrol səfərlərində olublar.

Lalə Mehralı

Digər xəbərlər