Tanınmış aktyor: “Bu filmdə Heydər Əliyevin dostlarından birini canlandırırdım”
Avqustun 21-də TNT kanalında “Mühafizəçilər” (Teloxraniteli) serialının televiziya premyerası başlayır. Süjet dünya çempionatına uçmazdan əvvəl Moskva qaydasız döyüş turnirində əlavə pul qazanmağa qərar verən Çelyabinskdən olan üç boksçu ətrafında cərəyan edir. İdman rejiminin pozulmasından xəbər tutan baş məşqçi onları yığmadan kənarlaşdırır. Bu hadisədən sonra uşaqlar evə qayıtmazdan əvvəl bir restoranda nahar edirlər, burada məşhur bir moskvalı vəkil tərəfindən iş yeməyi verilir. Qəhrəmanların günahı olmadan, vəkilin mühafizəçisi ilə mübahisədən münaqişə başlayır. Uşaqlar peşəkar boksçunun öz formasının zirvəsində nəyə qadir olduğunu nümayiş etdirirlər. Bu, vəkildə qalıcı təəssürat yaradır. Qəhrəmanlar polisə düşür, onları həbs gözləyir. Vəkil bir sövdələşmə təklif edir: ya həbsxana, ya da onun şəxsi mühafizəçisi olmaq. Qəhrəmanlar vəkilin şərtlərini qəbul etməyə və idman kostyumlarını klassik geyimə dəyişməyə məcbur olurlar.
Bu barədə “Moskva-Baku” portalına filmdə antaqonistlərdən birini canlandıran aktyor Kirill Poluxin məlumat verib. O, Bakıda çəkilişlərini də xatırlayıb və Azərbaycanda onu çox təsirləndirən hadisələri bölüşüb. Aktyorun müsahibəsini oxucularımıza təqdim edirik.
- Kirill Alekseyeviç, avqustun 21-də sizin iştirakınızla “Mühafizəçilər” serialının televiziya premyerası keçiriləcək. Zəhmət olmasa xarakteriniz və serial haqqında bizə məlumat verin...
- Orada kiçik rolum var, antaqonistlərdən birini oynayıram. Bütün təfərrüatları açıqlamayacağam, qoy tamaşaçılar özləri görsünlər, süjet olduqca gülməlidir, məncə, bunu bəyənməlisiniz. Süjet xətti Çelyabinskdən olan 3 idmançı haqqındadır, onlar dünya çempionatını tərk etdikdən sonra şəraitin iradəsi ilə yüksək səviyyəli işləri həll edən bir hüquqşünasla işləmək məcburiyyətində qaldılar, hansı ki, o öz həyatı üçün qorxur. Atışma, təqiblər, hüquqşünas üçün qeyri-adi tapşırıqlar olacaq, ümumiyyətlə, maraqlı olacaq.
- “İnsanları xilas edəcəm” adlı Azərbaycan filmində iştirak etmisiniz, bu haqda bizə məlumat verin...
- Bəli, doğrudan da, 2016-cı ildə “İnsanları xilas edəcəm” adlı film çəkmişdik. Rejissor Vaqif Mustafayevin rejissorluğu ilə Azərbaycanın lideri Heydər Əliyev haqqında film. Bu çəkilişləri böyük məmnuniyyətlə xatırlayıram, İçərişəhərdə gəzməyi çox xoşlayırdım. Məni gözəlliyi ilə heyran etdi, rəvan, müasir arxitekturaya çevrilən köhnə şəhər, qeyri-adi hündürmərtəbəli binalar, bütün bunlar harmonik şəkildə birləşərək Qərblə Şərq arasında olduğunuz təəssüratını yaratdı. Mən də sahil boyu gəzməyi çox sevirdim, “Eurovision 2012” mahnı müsabiqəsi üçün çox qısa müddətdə tikilmiş “Baku Crystal Hall”un (Bakıdakı idman-konsert kompleksi – red.) gözəlliyini gördüm və heyran oldum. Film kifayət qədər uzun müddət çəkildi, altı ay müddətində ora getdim. Filmdə Heydər Əliyevin dostlarından birini canlandırdım. Çəkilişlərdə həm rus, həm də azərbaycanlı aktyorlar iştirak ediblər. Bakıda, çəkiliş meydançasında keçirdiyim o günləri məhəbbətlə xatırlayıram. Bakılılar məni qonaqpərvərliyi ilə heyran etdi, gənclərin rus dilini necə bilməsi və bizi necə tanıması məni xüsusilə təəccübləndirdi. Bu, mənim üçün xoş sürpriz oldu.
- Azərbaycan sizin üçün nədir?
- Azərbaycan odlar diyarıdır- Azərbaycan deyiləndə ağlıma ilk bu assosiasiya gəlir. Bəlkə bu, həm də oradakı yanan dağları (Yanardağ Azərbaycanda qədim zamanlardan bəri dağın yamacında yanan təbii əbədi oddur – red.) xüsusi bəyənməyim və xatırlamağımla bağlıdır. Bizə bu alovu necə söndürməyə çalışdıqları barədə inanılmaz hekayələr və əfsanələr danışdılar, lakin o, hələ də sönməyib və bu qədər uzun müddətdir yanır. Mənə çox təsir etdi və çox yaxşı xatırlayıram.
Tərcümə - Elçin
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...