Avqustun 21-də “Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyi tərəfindən bəstəkar Bəhram Nəsibovun Azərbaycançılıq ideologiyasını və Ulu Öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən mahnılarından ibarət "Azərbaycançılığın musiqili təqdimatı" jurnalının təqdimat mərasimi olub.
Bəstəkarın oğlu, İctimai Birliyinin sədri və layihəninrəhbəri Adil Nəsibov diqqətə çatdırıb ki, "Azərbaycançılığın musiqili təqdimatı" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir: “Bəstəkar Bəhram Nəsibovun şeir, mahnı və marşlarından ibarət jurnala mahnı və marşların mətnləri, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkilən şəkillər, eləcə də mövzular haqqında məlumatlar və fotoşəkillər daxil edilib. Jurnala 8 mahnı və marşlar və 1 şeir daxil edilib”.
A.Nəsibov əlavə edib ki, jurnal gələcəkdə dərslik kimi də istifadə edilə bilər: “Jurnalda Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının rəyləri də öz əksini tapıb. Jurnala daxil edilən mahnıların not yazılarını sənətşünaslıq üzrə fəsləfə doktoru, dosent Rauf Bəhmənli yazıb. Jurnaldakı rəsmləri rəssam Asəf Kərimov çəkib”.
A.Nəsibov jurnaldakı məlumatları və fotoları təqdim etdiklərinə görə Yeni Azərbaycan Partiyasına və Prezident kitabxanasına təşəkkürünü bildirib.