Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.Mədəniyyət Nazirliyindən SİA-ya verilən xəbərə görə, gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq.Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarx da təqdim olubacaq.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...