Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2026-cı il ərzində müxtəlif tədbirlər keçiriləcək. Bunların arasında Səməd Vurğunun 120 illiyi, Abdulla Şaiqin 145 illiyi münasibətilə tədbirlər, həmçinin görkəmli teatr xadimlərinin yubileyləri, gənclərin yaradıcılıq işlərindən ibarət "Baxış-6" festivalı, tamaşaların premyeraları, bədii qiraət müsabiqələri və elmi-praktik konfranslar yer alacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.
O bildirib ki, bu tədbirlər teatr sənətinin inkişafına, gənc istedadların üzə çıxmasına və teatr irsinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Həmçinin Gənclər Günü, Milli və Beynəlxalq Teatr günləri kimi əlamətdar tarixlər də qeyd olunacaq.
Aida Qafarova əlavə edib ki, hər bir tədbir Azərbaycanın, onun mədəniyyətinin, teatrının zəngin tarixini və yaradıcılıq ənənələrini təbliğ etmək məqsədilə təşkil olunur.
Vera Brejneva: “Ukraynalılar dinc xalqdır. Biz sülh istəyirik”
...Solneçnoqorskdakı şəxsi körpüsünü sökmək üçün
Belə ki, bu gün bizə həyat verən su sabah bizi boğa bilər. 38 yaşlı kriptovalyuta milyonçusu Alsu ilə görüşməyə çalışır...