Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının premyerası olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.
Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tamaşa əsas partiyadan Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun canlandırdığı səhnə əsəri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.
Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
Tom Kruz və Bred Pitt arasında baş verən dava internetdə böyük müzakirələrə səbəb olub...