PDF Oxu

Mədəniyyət

  • 3 555

Azərbaycan ilə Oman əməkdaşlığı müzakirə olunub

image

Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını qeyd edib.

Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Metyu Perrinin şəxsi əşyaları hərraca çıxarılıb...

Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...

Merilin Monronun görünməmiş fotoları ortaya çıxıb...

60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…

İki film Tom Kruzu necə yeni səviyyəli ulduz etdi...

Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...

“Mən nəyəsə inanıram, amma nəyə inandığımı deyə bilmirəm...”

Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib