Fevralın 2-də Marneulidə “Borçalı Xalçası-Keçmişdən Gələcəyə” adlı tədbir keçirilib. Xəbər verilir ki, tədbir çərçivəsində xalçaçılıq kursu üzvlərinin əl işlərindən olan bir böyük və beş kiçik xalçanın dəzgahdan kəsimi həyata keçirilib.
Sonra Borçalı xalçaçılığı barədə məlumat verilib.
"İnkişaf və Təhsil Mərkəzi"nin rəhbəri Emin Əhmədov, "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin direktoru Murad Muradov və "Tea House" xalça müəllimi Nabat Anazarova tədbirdə çıxış edərək, xalçaçılığın tarixi, inkişafının vacibliyi və bu istiqamətdə görülən işlər, gələcək planlar barədə danışıblar.
Daha sonra Mərkəzin ingilis dili kursunun üzvləri İnci Aşirova və Asya Bayramova Azərbaycanın Xalq şairləri Məmməd Araz və Mirvarid Dilbazinin xalça mövzusunda olan şeirlərindən parçalar söyləyiblər.
“Buta” rəqs ansamblı Azərbaycan milli rəqslərini, piano kursunun üzvləri isə pianoda musiqi ifa ediblər.
Qeyd edək ki, Borçalı xalçaçılıq sənətinin qorunması və inkişafı ilə bağlı layihə 2012-ci ildən SOCAR-ın dəstəyi ilə Gürcüstanın Marneuli şəhərində həyata keçirilir. Layihə çərçivəsində 14 minə yaxın gənc elm, təhsil, incəsənət və idman sahəsində kurslardan ödənişsiz olaraq yararlanıb.
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
Tom Kruz və Bred Pitt arasında baş verən dava internetdə böyük müzakirələrə səbəb olub...