Şair Azaflı
Buzlu bulaqlardan, sıra dağlardan
Daha da canlıdır elmin, Azaflı.
Adi ağ vərəqə yazdığın şeir,
Canlı bir həyatdır, canım, Azaflı.
Kəlbəcər, Daşkəsən, Gəncə mahalı,
Çox obalar gəzib ilham almısan.
Qüssə də çəkmisən, eybi yox, nədən,
Xalqın deyir sənə, şair Azaflı.
Böyük bir xəzinə, kiçik bir kənddə,
Bəşər heyran qalıb belə qüdrətə.
Muncuqlu, Çeşməli, o gözəl-dərə,
Bilsinlər yetirib Loğman Azaflı.
Heç vaxt tükənməzdir, şeir xəzinəni,
Güldən ətirlidir hər sadə kəlməni.
Deyir Ana Vətən, o doğma dərənin,
Biz nə qədər varıq vardır Azaflı.
Eləmə şikayət ağaran saçan,
Yüksək zirvələr də ağ hər an.
Həmişə cavandır Azaflı yazan,
Dünyada qocalmaz haqqa düz olan.
TOVUZUM
Haqqın dərgahında hər an andığım
Laləli, nərgizli gülşən Tovuzum
Gəlib keçmişinə nəzər saldığım
Şairlər, igidlər yurdu Tovuzum
Şəmşəddil adında böyük bir mahal
Bir yan Torpaq qala, bir yan Qazan göl
Hüsnünə gözəllik o Ceyranlı göl
Nə qədər gözəlsən gözəl Tovuzum
Xalqında gözəldir, namuslu halal
İnciməz adından cahan Tovuzum
Yanıqlı dağında Sal-Sal pəhləvan
Tarixlər dünyası quran Tovuzum
Qoynunda yaranmış o Qoca Qartal
Kiçik bir şeirdən böyük iftixar
Azafli babamız düşünüb durar
Hər iki dünyada yaşar Tovuzum
Eşqinlə yazdığım böyük bir əsər
Qəlbinə ruh verər hər axsam səhər
Öpər torpağından İbn-Abuzər
Nə yaxşı ki, varsan bəşər Tovuzum
TELMAN ABUZƏR