III Beynəlxalq Mstislav Rostropoviç Festivalı
Heydər Əliyev Fondunun, Mstislav Rostropoviç Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə III Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinin məlumatıqa əsasən, festivalın keçirilməsi 8-14 dekabr tarixlərində nəzərdə tutulub.
Festivalın açılış mərasimi Azərbaycan Dövlət Filarmoniyasında olacaq. Təntənəli açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə musiqi nömrələri təqdim ediləcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayev. solistlər isə Elçin Əzizov, Samir Cəfərovdur. Konsert proqramına Oqtay Zülfüqarovun Uvertüra -"Mənim Azərbaycanım", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operasından Mərdanın ariyası, Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamı, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Corc Puççininin "Turandot" operasından Kalafın ariyası, Qara Qarayevin "İldırımlı yollarla" baletindən apofeoz və s. daxil edilib.
Açılış mərasimində "Musiqi əsərləri: "Rostropoviçin Rusiyaya qayıdışı" sənədli filminin nümayişi də iştirakçıların ixtiyarına veriləcək.
Nazirlik tərəfindən artıq festivalın sonrakı proqramı da tərtib edilib. Belə ki, 9 dekabr tarixində Azərbaycan Dövlət Filarmoniyasında "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin konserti olacaq. Orkestrin bədii rəhbəri və dirijoru Yuri Başmet, solistiaa David Qerinqasdır. Orkestrin ifasında D.Şostakoviç -Bayram uvertürası, Violonçel və orkestr üçün konsert №1, Es-dur, op.107, Allegretto, Moderato, Cadenza, Allegro con motosu və P.Çaykovskinin Simfoniya №5, e-moll,op.64, Andante. Allegro con anima, Andante cantabile. Con alcuna licenza, Valse, Allegro moderato, Finale. Andante maestoso. Allegro vivace və s. səslənəcək.
Dekabrın 11-də Rostropoviçlərin ev-muzeyində Prezident təqaüdçülərinin iştirakı ilə konsert keçiriləcək.
Dekabrın 14-nə qədər keçiriləcək festivalda Azərbaycan və dünya klassikasının nadir nümunələri iştirakçıların ixtiyarına veriləcək.