PDF Oxu

Mədəniyyət

  • 12

“Azərbaycan folkloru” onun tarixi keçmişini və mədəniyyətini özündə ehtiva edir

“Azərbaycan folkloru” onun tarixi keçmişini və mədəniyyətini özündə ehtiva edir
Folklorşünas alim və jurnalist Şamxəlil Məmmədovun "Azərbaycan folkloru" adlı dərs vəsaiti çapdan çıxıb. Kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevdir. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatı ətraflı araşdırılmış, folklorun qədim janrları haqqında mükəmməl məlumatlar öz əksini tapmışdır.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini özündə birləşdirən milli folklor sənəti qədim tarixi dövrləri əhatə edən bir nümunə kimi xalqın tarixi keçmişini, onun mədəniyyətini, məişətini, adət-ənənələrini özündə ehtiva edən bir nümunədir. Neçə-neçə yüzillikləri özündə yaşadan Azərbaycan folklor nümunələrinin hər bir növü xalqın həyat tərzini özündə yaşadır.
"Azərbaycan folkloru" toplusunda "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Qaçaq Nəbi" kimi dastanlardan başlamış totemlərə qədər Azərbaycan folklorunun keçdiyi tarixi inkişaf mərhələlərindən söz açılır.
Şamxal Məmmədov Azərbaycan folklorunun yazılı ədəbiyyatdakı qaynaqlarına da toxunaraq, müxtəlif ədəbiyyatşünas alimlərin, sənətkarların, yazıçı və dramaturqların folklora olan münasibətlərindən söz açmışdır. Mövcud ədəbiyyatın öyrənilməsi və təhlili müəllifə bu fikri deməyə əsas vermişdir ki, folklordan istifadə klassik və çağdaş ədəbiyyat üçün tipoloji məziyyətdir. Daha dəqiq söylənilsə, sənətkarlığın əsas əlamətidir. Buna görə də, şifahi xalq ədəbiyyatındakı zənginlik tarix boyu şair, yazıçı, dramaturq, bəstəkar və rəssamların diqqətini cəlb edib. Əfzələddin Xaqanidən, Nizami Gəncəvidən üzü bəri yazılı ədəbiyyatın görkəmli nümayəndələri nağıl, dastan, əfsanə, rəvayət, lətifə, atalar sözləri, bayatı və s. folklor nümunələrindən bəhrələniblər.
Müəllifin çoxillik pedaqoji təcrübəsi və axtarışları nəticəsində ərsəyə gələn "Azərbaycan folkloru" kitabı təkcə tələbələr üçün deyil, həm də şifahi xalq ədəbiyyatı ilə maraqlananlar üçün faydalı və zəngin mənbədir.

Digər xəbərlər