Bu gün Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfrans Azərbaycan Respublikası Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri və sərgi təşkilatçılarının iştirakı ilə keçirilir.İlk olaraq tədbirin iştirakçıları ilə qonaqları “İTECA CASPİAN” Sara Zeynalova tanış edib. Giriş nitqini isə Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov edib.Xatırladaq ki, Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir.
Ayşən Vəli
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...