İqtisadiyyat

  • 3 317

Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

image

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 401,6 milyon kVt/saat, ixrac 116,3 milyon kVt/saat, idxal isə 19 milyon kVt/saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.Məlumata görə, yanvarda İstilik Elektrik Stansiyaları üzrə 2 milyard 229,3 mlyon kVt/saat, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 77,2 milyon kVt/saat artımla 172,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Digər xəbərlər