PDF Oxu

İqtisadiyyat

  • 3 581

Ötən müddətdə Naxçıvanda 477 işsiz şəxsə aktivlər verilib

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında daha bir qrup şəxs seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlara “un məmulatlarının istehsalı”, “qadın gözəllik salonu”, “kişi bərbərxanası”, “dərzi”, “avtomobil şinlərinin bərpası və təmiri”, “kiçik foto atelye” və digər istiqamətlər üzrə öz işlərini qurmaq üçün lazım olan avadanlıqlar verilib.Özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan “Məşğulluğa dəstək layihəsi”nə cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir. Təlimlərin yekununda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər seçdikləri sahələr üzrə avadanlıqlarla təmin olunurlar.Ümumilikdə ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 477 işsiz şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib. Onlardan 103 nəfəri “Məşğulluğa dəstək layihəsi” üzrə aktivlərlə təmin olunaraq öz kiçik bizneslərini qurub.Həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və b.) aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradan bu layihənin 22 min şəxsi əhatə etməsi nəzərdə tutulub.

Digər xəbərlər

Rusiya iqtisadiyyatı çökür

Samara və Volqoqradda “pambıq” haqqında...

National Review: Dünya dizel yanacağı ilə işləyir...

“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...

Reuters: Kreml tərəfdarları arasında belə narazılıq artır

Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...

“Barrel” əməliyyatı: Rusiyada minlərlə ton neft məhv edilib

Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...