Azərbaycanda logistika sahəsi ilə bağlı regional anbarlar yaradılmalıdır. SİA xəbər verir ki, bunu "Hellmann Worldwide Logistics" şirkətinin direktoru Kamran Həbibov Bakıda "KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar" mövzusunda keçirilən Azərbaycan Ticarət Forumunda deyib."Hazırda dünyada ənənəvi marşrutlar yeniləri ilə əvəzlənir. Bu, logistika sahəsində Azərbaycan üçün yeni imkanlar yaradır. Hazırda beynəlxalq logistika şirkətləri Azərbaycana maraq göstərir, çünki onlar ölkədə böyük potensial görürlər", - o qeyd edib.Onun sözlərinə görə, Azərbaycanda logistika sahəsində infrastruktur inkişaf etdirilir: "Hazırda ölkəni regional ticarət qovşağına çevirməliyik. Bunun birbaşa tranzitdən fərqi odur ki, bütün qlobal istehsalçılar Azərbaycana cəlb olunmalıdır ki, ölkədə regional anbarlar yaradılsın. Hesab edirəm ki, bu sahədə investisiya proqramlarına ehtiyac duyulur".