PDF Oxu

İqtisadiyyat

  • 3 552

“Ağdam” gəmi-bərəsi təmir olunaraq yenidən istismara qaytarılıb

image

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Ağdam” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.Təmir müddətində gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, baş mühərriklər və müxtəlif təyinatlı nasoslar sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda zəruri işlər görülüb.Bundan başqa, “Ağdam” gəmi-bərəsində müasir VHF partlayışadavamlı əl radiostansiyaları və sürətölçmə avadanlığı (LAQ) quraşdırılıb, gəminin qara qutusunda və Komanda Yayım Qurğusunda təmir-bərpa işləri aparılıb.Proses başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb. Hazırda “Ağdam” Ələt limanından Türkmənistanın Türkmənbaşı limanına istiqamətlənib.Qeyd edək ki, uzunluğu 154,3 metr, eni 18,3 metr olan “Ağdam” gəmi-bərəsinin maksimal sürəti 12,5 uzeldir.

Digər xəbərlər

Kuba iqtisadiyyatı çökmək üzrədir...

Əsas “metal” zərbəsini təbii ki, ABŞ vurub...

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...