İqtisadiyyat

  • 5 316

"Şimal-Cənub" layihəsindən əldə ediləcək dividentlər RƏY-ÖZƏL

image

“Azərbaycan regiondan keçən beynəlxalq layihələrin təşkilatçısı və iştirakçısıdır. Dünya xəritəsində ölkəmizin yerləşdiyi yer qitələri birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərdə iştirak imkanlarımızı genişləndirir. Bu nəqliyyat dəhlizləri Avropanı Asiyaya birləşdirməklə Şimal-Cənub və Qərb-Şərq istiqamətlərdə uzanır. Ələt Beynəlxalq Dəniz Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu istiqamətdə beynəlxalq tranzit yük daşımalarda Azərbaycanın iştirak imkanları çoxaldıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Yaxın müddətdə istifadəsini nəzərdə tutulan "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin tranzit potensialını daha da artıracağını deyən deputat söyləyib ki, sözügedən layihə Hindistandan Rusiyaya yüklərin daşınmasında Azərbaycanın iştirakını reallaşdıracaq.O bildirib ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə olunsa da, sonradan 13 ölkə bu sazişi ratifikasiya edib, Azərbaycan isə 2005-ci ildən bu layihəyə qoşulub.A. Badamov vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, gələcəkdə bu dəhliz vasitəsilə 20 milyon tona yaxın yükün ölkəmizin ərazisindən keçirilməsinə imkan verəcək: “Bu nəqliyyat dəhlizinin başa çatması və ölkəmizin ərazisində keçməsi sazişin bütün iştirakçıları üçün əhəmiyyətli olacaq. Çünki "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya çatdırılma müddəti 6 həftədən 3 həftəyə qədər azaldacaq.Hazırda Rusiyadan Fars körfəzinə Azərbaycan üzərindən daşınan yüklər İran ərazisində qatarlardan boşaldılaraq avtomobil nəqliyyatı vasitəsi ilə daşınır. Bu da əlavə vaxt və xərc tələb edir. Amma Şimal-Cənub nəqliyyat dəhlizinin başa çatması yük qatarların bir-başa İran körfəzinə qədər çatmasına imkan verəcək”.Deputat qeyd edib ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini istismara verilməsi ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyətə malikdir: "Siyasi əhəmiyyət ondan ibarətdir ki, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq layihələrdə ölkəmizin iştirakı Azərbaycana bir etibarlı tərəfdaş imicini formalaşdırır. Yəni etibarlı tərəfdaş kimi tanınmağımız gələcəkdə də böyük beynəlxalq layihələrdə iştirakımızda Azərbaycana etibarı çoxaldır və tərəfdaşlıq etmək istəyən ölkələrin sayını artırır. İqtisadi tərəfinə gəlincə, təbii ki, tranzit yük daşımalar ölkə büdcəsinə çoxlu valyuta gətirir və ölkə iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir. Düşünürəm ki, müəyyən çətinliklərə baxmayaraq, "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yaxın gələcəkdə başa çatacaq və bu da dünyada Azərbaycanın bir etibarlı tərəfdaş kimi rolunu artıracaq”.

sia.az

Digər xəbərlər