İqtisadiyyat

  • 5 915

“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi

image

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, modul tipli “Xaçmaz” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində kompleks təmir-bərpa işlər həyata keçirib.ASC-dən SİA-ya bildirilib ki, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Xaçmaz” Elektrik Stansiyasında mövcud 10 aqreqatdan 2-si ümumiyyətlə fəaliyyətini dayandırmışdı, qalan 8 aqreqat isə kəsirlə işləyirdi. Fəaliyyəti dayandırılan aqreqatlar da daxil olmaqla 10 aqreqatın hamısında təmir işləri aparıldıqdan və ehtiyat hissələri dəyişdirildikdən sonra, indi stansiya tam gücü ilə işləyir. Beləliklə, stansiyanın 50 faizdən artıq “itirilmiş” gücü bərpa edilməklə yanaşı, etibarlıq və dayanıqlıq təmin edilib.Bildirək ki, “Azərenerji” ASC “Xaçmaz” Elektrik Stansiyası ilə yanaşı ümumilikdə 12 elektrik stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər ümumilikdə 12 elektrik stansiyasında 500 meqavata qədər “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

sia.az

Digər xəbərlər