İqtisadiyyat

  • 8 668

"Növbəti dövrdə də xüsusi iqtisadi açılımlar davam etdirilməlidir" ÖZƏL - AÇIQLAMA

image

"Bu gün bəzi məhdudiyyətlərin aradan qaldırılması bir tərəfdən regionlarda turizmin inkişafı və paytaxtla regionlar arasında gediş-gəlişin bərpası iqtisadi əlaqələrin genişləndirilməsi baxımından vacibdir, digər tərəfdən bu, Azərbaycan iqtisadiyyatına, o cümlədən, regionların inkişafına pozitiv təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vüqar Bayramov rayonlara gediş-gəlişin bərpa olunmasının iqtisadi əsaslarda ölkəyə faydasını şərh edərkən deyib.Nazirlər Kabinetinin qərarına əsasən, artıq bu gündən rayonlara gediş-gəliş bərpa edilir, lakin, bununla yanaşı şəhərlərarası və rayonlararası sərnişindaşıma istisnadır.Millət vəkili bildirib ki, əvvəlki dövrlərdə də karantin qaydalarının yumşaldılması, xüsusilə də rayonlara gediş-gəlişin bərpa edilməsi ilə bağlı təkliflər edilib.Onun sözlərinə görə, eyni zamanda, qapalı məkanlarda fəaliyyətə icazə verilməsi də öncəki təkliflərdə irəli sürülüb: "Düşünürük ki, iqtisadiyyatın mərhələli şəkildə açılması vacibdir. Nəzərə alsaq ki, pandemiyanın iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün xüsusi yeni qaydaların müəyyənləşdirilməsi və həmin müəyyən olunan qaydalar əsasında da iqtisadi sahələrin fəaliyyətlərini davam etdirməsinə ehtiyac var".Vüqar Bayramov əlavə edib ki, növbəti aylarda da iqtisadi açılmaların davam etdirilməsi daha məqsədəuyğundur və bu istiqamətlərdə də fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var: "Xüsusilə də, bu gün bəzi məhdudiyyətlərin aradan qaldırılması bir tərəfdən regionlarda turizmin inkişafı və paytaxtla regionlar arasında gediş-gəlişin bərpası iqtisadi əlaqələrin genişləndirilməsi baxımından vacibdir, digər tərəfdən bu, Azərbaycan iqtisadiyyatına, o cümlədən, regionların inkişafına pozitiv təsir göstərir. Bu iqtisadi baxımdan müsbət hal kimi qiymətləndirilir. Təklif edirik ki, növbəti dövrlərdə də xüsusi standartlar əsasında iqtisadi açılımlar davam etdirilsin".

sia.az

Digər xəbərlər