İqtisadiyyat

  • 6 170

Tərtərdə fermer və aqrar mütəxəssislərin iştirakı ilə təlim keçirilib

image

Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində tarla şəraitində təlim keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, 10 nəfərə qədər fermer və aqrar mütəxəssisin iştirak etdiyi təlimdə ara məsafələri qorunub, tibbi maskalardan istifadə edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin yazlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.Təlimçi Bayram Əliyev “Taxıl əkinlərində xəstəlik və zərərvericilərə, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edərək, toxum materialının xəstəliyə qarşı “Vitafaks 200”, “Dinit DS”, “Premis”, “Raksil” və sair kimyəvi maddələrlə dərmanlanması, dərmanlamanın səpindən 20 gün əvvəl aparılması və növbəli əkin sisteminin tətbiq olunması ilə bağlı fermerlərə izahat verib. Bildirib ki, payızlıq taxıl əkinlərində gəmiricilərə və ziyanvericilərə qarşı mübarizə tədbirləri apararkən əlcək, respirator, eynək və xüsusi geyimlərdən istifadə olunmalıdır.Mərkəzin baş aqronomu Alim Əliyev dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi, yemləmə gübrələrinin verilməsi, birləpəli və ikiləpəli alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunmasından bəhs edib.Görüş zamanı, həmçinin payızlıq taxıl əkinlərinə qulluq işlərinin davam etdirilməsi və yazlıq əkinlərinə hazırlıq işlərinin təşkili ilə bağlı da söhbət aparılıb. Fermerləri maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC

Digər xəbərlər