İqtisadiyyat

  • 1 961

"Dövlətimizin siyasətinin təməlində insan faktoru birinci yerdədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRİR

image

“2022-ci ilin dövlət büdcəsi də əvvəlki illərdə olduğu kimi sosialyönümlüdür. Əslində, dövlət büdcəmiz dövlətimizin siyasətini özündə əks etdirir. Yəni, dövlət büdcəsinin xərcləri arasında sosial xərclər əsas yer tutur. Bu, 46,4%-dən çoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Deputatın sözlərinə görə, qanun layihəsinə diqqət yetirəndə görürük ki, 2022-ci ilin dövlət büdcəsi 2021-ci ildən 1,3 milyard manatdan çoxdur: “Demək olar ki, dövlət büdcəmizin elə bir maddəsi yoxdur ki, o maddədə 2022-ci ildə artım nəzərdə tutulmasın. Əmək haqlarına, pensiyalara, təqaüdlərə, təhsilə, mədəniyyətə, səhiyyəyə nəzərdə tutulan vəsaitlər əvvəlki ildən çoxdur. 2021-ci ildə ölkəmizdə infilyasiyanın proqnozlaşdırılandan çox olması insanların sosial rifahına da təsirsiz ötüşməyib”.A.Badamov vurğulayıb ki, amma 2022-ci ildən dövlət büdcəsindən maliyyələşən bütün istiqamətlərdə artımların nəzərdə tutulması insanların gəlirlərini artıracaq və sosial vəziyyətinin yaxşılaşmasına öz müsbət töhfəsini verəcəkdir: “Həm də sonrakı üç ildəki proqnozlar da onu deməyimizə imkan verir ki, sonrakı illərdə də iqtisadiyyatımızın inkişaf dinamikası sabit qalacaq və atılan düşünülmüş addımlar iqtisadiyyatımızı xarici mənfi təsirlərdən qorumaqla insanların rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir. 2022-ci ilin dövlət büdcəsi bir daha göstərir ki, dövlətimizin siyasətinin təməlində insan faktoru birinci yerdədir”.

yap.org.az

Digər xəbərlər