CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 21-də 121,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 120,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,78 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel çoxdur.
sia.az
Samara və Volqoqradda “pambıq” haqqında...
“Keçmişin yanacağı” yenidən diqqət mərkəzindədir...
Ən azından pandemiyadan bəri...
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...